Icma.az
close
up
RU
Özündən çıxmış gün

Özündən çıxmış gün

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bir zamanlar Azərbaycan təqvimində qara haşiyə ilə anılan 8 may günü artıq milli yaddaşımızda başqa anlamlar daşıyır. 8 may indi işğalın ağrısından çox, Zəfərə aparan yolun qutsal yaddaşını ifadə edir. Çünki 6 ildir, Şuşa işğaldan qurtulmuşdur! Şuşa yenidən Azərbaycanın nəfəsidir, səsidir, açıq alnı, ağ üzüdür!

Şuşa 90-cı illərdə də Azərbaycanın ruhi-mədəni qalası idi. Onu işğal edənlər əslində bir xalqın yaddaşını susdurmaq istəyirdi. Öz ağıllarınca “Dağlarda toy” çalan yaramazlar Şuşanın daşdan-ağacdan qurulmuş şəhər olmaqdan öncə, ruhdan yoğrulmuş bir mədəniyyət ocağı olduğunu anlamadılar. Vaqifin sözü, Xan qızının nəfəsi, Nəvvabın qələmi, Üzeyir Bəyin musiqisi, Bülbülün səsi və daha necə-necə, daha neçə-neçə dəyərlər, hadisələr Şuşanı coğrafiyadan çıxarıb mənəviyyata çevirmişdi.

2020-ci ilin Zəfəri ilə tarix həm savaş nəticəsi verdi, həm də milli psixologiyanın sınmış sütunlarını yenidən dirçəltdi. Şuşanın azadlığı bir şəhərin geri alınmasından daha üstün – Azərbaycan vətəndaşının özgüvəninin, dövlət iradəsinin və tarixi haqqının təntənəsi idi! O gün geri alınan yalnız torpaq olmadı, sanki elə zamanın özünü geri qaytarmışdıq!..

Bu gün Şuşada dalğalanan üçrəngli qutsal bayrağımız dövlət atributumuz olmaqla yanaşı həm də şəhid qanının, qazi nəfəsinin, ana alxışlarının, xalq əzminin canlı simvoludur. Şuşanın dağlarında əsən küləklər sanki Zəfərin nəfəsi kimi cana məlhəm olur…

“Dəmir Yumruq” – savaş əməliyyatı adı olmaqdan savayı, milli iradənin yumruğa çevrilmiş halı idi. Bəli, tarixdə bəzən xalqların taleyini bir liderin qətiyyəti, bir ordunun şücaəti və bir xalqın birliyi dəyişir. – Azərbaycan bunu göstərdi.

İndi 8 maya baxanda içimizdə olan yalnız nisgil deyil; əlbəttə, şəhidlərimizin ağrısı daim bizimlədir, ancaq həmin ağrının içindən doğan bir qürur da var, işıq seli kimi axın edir:
Şuşa bir daha əsir şəhər olmayacaq!
Şuşa azadlığın, mədəniyyətin, eləcə də azadlıq mədəniyyətinin, mədəniyyət azadlığının paytaxtıdır!
Şuşa Zəfərin qutlu imzasıdır.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bayrağımız daim uca olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri