Icma.az
close
up
RU
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib

YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19 yavnar 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Göygöl rayon təşkilatının Çaylı kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib. Yığıncaqda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və partiya fəalları iştirak ediblər.

İlk öncə şəhidlərin abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaq iştirakçılarını salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək  Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının hazırda Prezident, YAP sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi tərəqqisinin təmin olunmasında, ictimai-siyasi sabitliyin qorunmasında, milli birliyin möhkəmləndirilməsində, xalqın maraqlarına xidmət edən siyasətin uğurla həyata keçirilməsində oynadığı həlledici rolundan bəhs edib, partiyanın fəaliyyəti dövründə əldə etdiyi uğurlardan, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışıb.

Vüqar İsayev qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. 

Sonra Ərazi partiya təşkilatının sədri Hüseyn Əmirovun ötən ildə görülən işlər barədə hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib. Yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən bəhs olunub, geniş fikir mübadiləsi aparılaraq partiya təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinə dair tapşırıq və tövsiyyələr verilib.

Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini Aqif Hüseynov, partiya fəallarından Ucar Rzayev, Gülnar Səfərova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi dövlət siyasətinin ölkəmizin inkişafına müsbət təsir göstərdiyini vurğulayaraq YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini söyləyiblər. Qarşıdakı dövrdə ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səylərini artıracaqlarını və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Tədbirin sonunda YAP Xətai rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri