YAP ın İdarə Heyətinin iclasında 2024 cü il üzrə maliyyə hesabatı təqdim olunub
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan XQ-ə bildiriblər ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub.
Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mükəmməl səviyyədə, bütün əhəmiyyətli aspektlər baxımından mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb.
Sonra 2024-cü il üzrə maliyyə hesabatı müzakirə olunaraq İdarə Heyətinin üzvləri tərəfindən təsdiq edilib.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Yekunda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bütün ərazisində tam suverenliyini təmin edərək növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın 2024-cü ildə mühüm uğurlara imza atdığını və yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb. YAP Mərkəzi Aparatının rəhbəri qarşıda duran milli məqsədlərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının da üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin mütəşəkkil qaydada yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin “Konstitusiya və Suverenlik İli”ndə də ardıcıl nailiyyətlərə imza atacağına inamını ifadə edən YAP Sədrinin müavini iclas iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.
Baxış sayı:65
Bu xəbər 17 Mart 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















