Icma.az
close
up
RU
YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasına yeni üzvlər seçilib

YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasına yeni üzvlər seçilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan AZƏRTAC-a bildiriblər ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.

Əvvəlcə YAP Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın Veteranlar Şurasının üzvlüyünə namizədliyi ətrafında müzakirələr aparılıb.

YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.

Müzakirələrdən sonra Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.

Hər iki şəxs çıxış edərək göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan Tahir Budaqov bu dönəmdə partiyanın bütün strukturlarının, o cümlədən Veteranlar Şurasının da üzərinə böyük məsuliyyətin düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

YAP Sədrinin müavini Veteranlar Şurasının tərkibinə yeni daxil edilmiş şəxsləri təbrik edərək onlara göstərilən etimadı doğruldacaqlarına inamını ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see327

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see195

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see184

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see144

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see126

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

Zəfər paradı: “İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi”

08 Noyabr 2025 17:26see125

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri