Icma.az
close
up
RU
YAP ın strategiyası əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır” POLİTOLOQ ŞƏRH ETDİ

YAP ın strategiyası əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır, hakimiyyət partiyasıdır və çoxluq partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 800 minə yaxındır və bu partiya həmin dövrdən, yəni 1995-ci ildən sonra bütün seçkilərdə qələbə qazanıb – həm parlament seçkilərində, həm də prezident seçkilərində". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad həsənov deyib.

Onun sözlərinə görə, Prezident seçkilərində iki dəfə Ulu Öndər Heydər Əliyev seçildi, sonrakı illərdə isə İlham Əliyev cənabları Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi prezident seçkilərində qələbə qazandı: "Xalqın inandığı, etimad göstərdiyi siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. Ona görə hesab edirəm ki, məhz Yeni Azərbaycan Partiyasının liderinin hakimiyyətə gəldiyi ilk illərdən – 2003-cü ildən bu yana məqsəd və məram Azərbaycanın inkişafı, iqtisadiyyatının yüksəldilməsi, Azərbaycan ordusunun inkişaf etdirilməsi, nəhayət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub. Bu, olduqca böyük bir nəticədir.

Görülən və aparılan siyasətin nəticəsidir ki, Azərbaycan bu gün öz torpaqlarını işğaldan azad etdi, suverenliyini bərpa etdi və Cənubi Qafqazın lider ölkəsinə çevrilib, dünyada qlobal oyunçular sırasında yer alıb. Məhz Yeni Azərbaycan Partiyasının sədrinin sayəsində Azərbaycan bu ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistanla sülh müqaviləsinin paraflandığı, Zəngəzur dəhlizinin açılması ilə bağlı sənədin qəbul edildiyini gördü. Yəni bütün bunlar Azərbaycan xalqının lideri, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Yeni Azərbaycan Partiyasının liderinin sayəsində əldə edilib".

Politoloq fikirlərinə davam edərək bildirib ki, Yeni Azərbaycan Partiyasını cəlbedici edən onun fərqliliyidir, sosial yönümlü olmasıdır və əsas məqsədinin Azərbaycanın inkişaf etdirilməsi olmasıdır. “Azərbaycan ulu öndərin qoyduğu sosial yönümlü iqtisadi xətti 2003-cü ildən sonra da İlham Əliyevin rəhbərliyi ilə davam etdirir və daha da inkişaf etdirir. Yeni Azərbaycan Partiyasının strategiyası odur ki, əhalinin sosial vəziyyəti yaxşılaşdırılsın. Xüsusilə indi Qarabağda görülən yaradıcı-qurucu işlərdə Yeni Azərbaycan Partiyası və onun lideri çox böyük və mühüm işlər görür. Hesab edirəm ki, bu da xalqın ürəyindən olan məsələdir. Ona görə də xalq bu partiyanın siyasətini dəstəkləyir və onu hər yerdə qoruyur. Hazırkı dövrdə Yeni Azərbaycan Partiyasına müxaliflik, rəqabət göstərə biləcək siyasi partiya yoxdur. Müxalifətdə olan bəzi partiyalar demoqrafiya yönümlü məşğuldurlar, ancaq onların əlində heç bir güc, arxalarında xalqın dayağı yoxdur.

Ona görə Yeni Azərbaycan Partiyasının nüfuzu daha da artır və inkişaf edir. Əhalinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzv olur. Əsas partiyanın gələcək siyasi strategiyası ölkənin inkişaf etdirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, işləyən təbəqənin maaşlarının artırılması, pensiyaçıların pensiya təminatının yüksəldilməsi, sosial müavinətlərin artırılmasıdır. Bütün bunlar gələcəkdə də prioritet sahələr kimi nəzərdə tutulur. Ona görə hesab edirəm ki, Yeni Azərbaycan Partiyası bu günün və gələcəyin partiyasıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri