Icma.az
close
up
RU
YAP ın yaranmasının 33 cü ildönümü münasibətilə Səbail rayon təşkilatı tərəfindən tədbir təşkil olunub

YAP ın yaranmasının 33 cü ildönümü münasibətilə Səbail rayon təşkilatı tərəfindən tədbir təşkil olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü münasibətilə noyabrın 19-da YAP Səbail rayon təşkilatı tərəfindən tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra partiyanın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında bildirib ki, partiya bu il 33 illik fəaliyyətini qeyd edir. O vurğulayıb ki, YAP üzvləri bu müddət ərzində Azərbaycan xalqına xidmət, şərəf və fədakarlıq nümunəsi göstəriblər.

M. Nağıyev Azərbaycanın çətinlikləri geridə qoyaraq bugünkü nailiyyətlərə çatmasında Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını xüsusi vurğulayaraq deyib: “Bu gün əldə olunan uğurlar həm partiyanın, həm də xalqın birliyinin və fədakarlığının nəticəsidir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov çıxışında YAP-ın yaranmasının 33-cü ildönümünü qeyd etməyin böyük şərəf olduğunu söyləyib.

O qeyd edib ki, YAP yalnız siyasi təşkilat deyil, müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsinin, siyasi sabitliyinin və strateji inkişaf xəttinin formalaşmasında mühüm rol oynayan bir qüvvədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova partiyanın dünənin, bu günün və gələcəyin siyasi xəttini müəyyənləşdirdiyini vurğulayıb. O, partiya üzvlərinin zəhmət və fədakarlığının YAP-ın uğurlarının əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxışında YAP-ın yaranmasının yalnız bir siyasi təşkilatın formalaşması deyil, həm də Azərbaycanın tarixinə yön verən mühüm hadisə olduğunu söyləyib.

Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban Qurbanova şəhid anaları adından çıxış edərək, övladlarının qəhrəmanlığını xatırladıb. O, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qarabağ müharibəsi iştirakçısı Ramin Şirinov qazilər adından çıxış edərək, döyüş xatirələrini bölüşüb və qazilərin, eləcə də şəhid ailələrinin xidmətlərinin dövlət və xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Natiqlər Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və vətənpərvərlik dəyərlərinin qorunmasının əhəmiyyətini bir daha diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri