Icma.az
close
up
RU
YAP Nərimanov rayon təşkilatı YAP ın yaranmasının 33 cü ildönümü ilə əlaqədar gənclərlə görüş keçirib.

YAP Nərimanov rayon təşkilatı YAP ın yaranmasının 33 cü ildönümü ilə əlaqədar gənclərlə görüş keçirib.

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

YAP Nərimanov rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü ilə əlaqədar fəal gənclərlə görüş keçirilib.

Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın Ulu Öndər Heydər Əliyevin quruculuğu ilə yaranaraq qısa müddət ərzində ümumxalq partiyasına çevrildiyini vurğulayıb. O, YAP-ın 33 illik fəaliyyəti ərzində ölkənin ən güclü siyasi təşkilatına çevrildiyini və xalqın dəstəyi ilə bir çox uğurlara imza atdığını qeyd edib. E. Quliyev Ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP-nın prezident, parlament və bələdiyyə seçkilərində ardıcıl qələbələr qazandığını diqqətə çatdırıb. Təşkilat sədri bildirib ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər partiyanın nüfuzunu daha da artırıb.

Sosial media üzrə mütəxəssislər Rəsul Səlimzadə, Rəna Süleymanlı və YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nərminə Qədirova çıxışlarında Yeni Azərbaycan Partiyasının 33 il ərzində çətin və şərəfli bir missiyanı uğurla həyata keçirdiyini bildiriblər. Natiqlər, həmçinin, YAP-ın ətrafında birləşən gənclər ordusunun daim Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini və Prezident İlham Əliyevin yenilikçi siyasətinə dəstəyini nümayiş etdirdiklərini vurğulayıblar.

Sonra Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə tort kəsilib və fəal gənclərə təşkilat tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Görüşdə fikir bildirən gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın cəmiyyətdə böyük etimad qazandığını vurğulayıblar. Onlar, YAP sıralarında olan gənclərin milli tərəqqiyə mühüm töhfələr verdiyini və gələcəkdə də bu missiyanı layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri