Icma.az
close
up
RU
YAP Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatında qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib

YAP Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatında qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 13-də Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatında 2024-cü il ərzində gördüyü işlərə dair hesabat və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.
Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

2 saylı ərazi partiya təşkilatının sədri Nicat Həsənov 2024-cü ilin yekunları və fəaliyyət planı üzrə hesabat məruzəsini təqdim edib. YAP fəalları Natiq Əbdüləzimov, Elmdar Məmmədov, Sədaqət Məhərrəmova və Elqayıd Əlizadə məruzə ətrafında çıxışlar edərək müzakirələr aparıblar. Müzakirələr zamanı ərazi partiya təşkilatının görülən işləri təhlil olunmuş və yüksək qiymətləndirilmişdir. Həmçinin, Sapı özümüzdən olan baltaların Azərbaycanda yer ala bilməyəcəyi və onlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi vurğulanmışdır.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov 2025-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verərək görülmüş işləri müsbət qiymətləndirib. O, bildirib ki, hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində Yeni Azərbaycan Partiyası inkişaf edərək xalqın sevgisini qazanmışdır.

İlqar İlyasov Azərbaycanın inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeninin müstəsna rol oynadığını qeyd edərək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçıları müzakirə və təhlillər apararaq qərar qəbul ediblər. Qəbul edilmiş qərara əsasən, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının 2024-cü il ərzində gördüyü işlərə dair hesabat qənaətbəxş qiymətləndirilib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri