Icma.az
close
up
RU
YAP Mərkəzi Aparatı və Nəsimi rayon təşkilatı birgə tədbir keçirdi FOTOLAR

YAP Mərkəzi Aparatı və Nəsimi rayon təşkilatı birgə tədbir keçirdi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, zəngin idarəçilik təcrübəsinə, dönməz əqidəyə, xalqın birmənalı dəstəyinə - yüksək etimadına malik lideri olan dövlətlər möhtəşəm nailiyyətlərə imza ataraq adlarını tarixə əbədi həkk etdiriblər. Onun sözlərinə görə, Şərqdə ilk demokratik respublika yaratmış və 33 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın təcrübəsi də bu baxımdan əlamətdardır: “Çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır. Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır”.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilmiş, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınmışdır: “Ən əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlmişdir. Ata vəsiyyətini və xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndərimizin görmək istədiyi qalib və qüdrətli dövlətə çevirməklə bərabər, strateji hədəfləri ardıcıl olaraq gerçəkləşdirərək nəinki ölkəmiz, bütövlükdə regionumuz üçün yeni perspektivlər yaratmışdır”.

YAP Sədrinin müavini deyib ki, qazanılan tarixi nailiyyətlərlə yanaşı, qarşımızda gələcəyə yönəlik çox önəmli vəzifələr durur: “Dünyada qlobal kataklizmlərlə müşayiət olunan gərgin geosiyasi proseslərin baş verdiyi, yeni çağırışların meydana çıxdığı bir dönəmdə Azərbaycan Prezidentinin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənmişdir. Azərbaycanın bugünlərdə D-8 təşkilatına yekdilliklə üzv seçilməsi də bunun növbəti bariz təzahürüdür. Şübhə yoxdur ki, öz Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaqdır”.

“Tariximizin bu şanlı dövründə yaşayıb yaratmaq hər bir azərbaycanlı üçün hədsiz xoşbəxtliklə bərabər, həm də böyük məsuliyyətdir. Hər birinizə dövlətimiz və xalqımızın firavan gələcəyi naminə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müqəddəs amallara doğru bu şərəfli yolda inam və əzmlə addımlamağı arzulayır, fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Yaşasın müstəqil və qalib Azərbaycan! Eşq olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə!”, - deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında bildirib ki, dövlət idarəçiliyində sözlə əməlin vəhdəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sosial sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması sahəsində mühüm amildir: “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri Onun verdiyi vədlərin əməli fəaliyyətində öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır”.

“Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən cənab İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim və hər yerdə uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib. Zəfər seçkisində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi bunun bariz nümunəsidir, - deyə YAP Veteranlar Şurasının üzvü əlavə edib. 

V.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin söz ilə əməlin vəhdətinə verdiyi önəm ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır: “Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasəti qloballaşma dövründə xüsusi önəm kəsb edir. Dövlət başçısının siyasəti Azərbaycanı dünyada sabitlik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, qlobal tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib”.

“Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycanın daha da güclənməsinə xidmət edəcək. Yeni Azərbaycan Partiyasının hər bir üzvü də bu amal uğrunda fəal rol oynamalıdır”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

Çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bildirib ki, tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların taleyində müstəsna rol oynayırlar: “Belə şəxsiyyətlərdən biri dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.

Onun sözlərinə görə, uzun illər beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyi bir şəraitdə Azərbaycan böyük iradə və qətiyyət nümayiş etdirdi: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti və prinsipial mövqeyi nəticəsində Azərbaycan təkcə hərb cəbhəsində deyil, eyni zamanda, diplomatik müstəvidə də tarixi qələbə qazandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı uzun illər işğalda qalan torpaqlarımızın azad olunmasını təmin etdi. Bu, nəinki Azərbaycanın ərazi bütövlüyünün bərpası, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi oldu”.

G.Gəraybəyli qeyd edib ki, bu gün Azərbaycan hər bir istiqamətdə, o cümlədən təhsil, səhiyyə və gənclərin inkişafı sahəsində davamlı olaraq irəliləyişlər əldə edir: “Ölkəmizdə sağlam, savadlı və milli dəyərlərə sadiq gənclər yetişir ki, bu da cəmiyyətimizin üstün göstəricilərindən biridir. Gənclərin sağlam həyat tərzi keçirmələri, onların fiziki və psixoloji cəhətdən sağlam yetişmələri üçün zəruri addımlar atılmaqdadır”.

Çıxış edən  YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün Azərbaycan düşünülmüş siyasət sayəsində mühüm nailiyyətlərə imza atır: “Dünyada gedən proseslər və mürəkkəb geosiyasi vəziyyət fonunda əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurla inkişaf edir. Ən önəmli amillərdən biri olan ictimai-siyasi sabitlik qətiyyətlə qorunur”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir: “Azərbaycan torpaqlarını öz gücü hesabına azad etdi. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən əvvəl hər fürsətdə biz dünya ictimaiyyətini işğal faktı, ədalətsizlik, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə məlumatlandırmışdıq, lakin onlar təcavüzkarı cəzalandırmaq əvəzinə, ikili standartlara davam etmək yolunu seçdilər. Bütün bunlara rəğmən, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində sonda ədalət zəfər çaldı”.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edən S.Xasayeva qeyd edib ki, 1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra diqqət yetirilən əsas məsələlərdən biri də məhz gənclər siyasəti idi. Onun sözlərinə görə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Cəmiyyətin dinamik qüvvələrinin, o cümlədən gənclərin enerjisinin ümummilli məqsədlərə yönləndirilməsi üçün sistemli fəaliyyət aparılır. Bu gün ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Dövlət başçısı tərəfindən gənclərə göstərilən bu yüksək diqqət Azərbaycanın parlaq gələcəyini inşa edir”.

“Bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də milli qürurumuzu bərpa edən Liderimiz - Prezident İlham Əliyevə minnətdarıq və bundan sonrakı mərhələdə daha böyük uğurlara çatacağımıza inanırıq”, - deyə S.Xasayeva vurğulayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri