YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.
Newscenter.az xəbər verir ki, aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. Qanvermə aksiyasına Respublika Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.
Respublika Qan Bankının həkimi Günel Mehdiyeva bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan və digər xəstəliklərdən əziyyət çəkən insanlara yardım etməkdir.
Yeni Azərbaycan Partiyasının davamlı olaraq qanvermə aksiyası təşkil etdiyini xatırladan G.Mehdiyeva bu təşəbbüsün humanist xarakter daşıdığını qeyd edib: “Qanvermənin insan sağlamlığına bir çox faydaları var. Burada toplanan qanlar Respublika Qan Bankında müayinə olunacaq və aidiyyatı üzrə istifadə ediləcək. Belə bir xeyirxah təşəbbüsə görə partiyanın rəhbərliyinə, Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300-dən artıq YAP üzvü iştirak edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib
05 Noyabr 2024 16:33
YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirildi FOTOLAR
05 Noyabr 2024 18:09
YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirildi VİDEO
30 Oktyabr 2025 19:01
YAP Mərkəzi Aparatında görüş keçirilib
02 Aprel 2025 19:51
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
05 Yanvar 2025 13:22
Baxış sayı:123
Bu xəbər 05 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















