YAP Nərimanov rayon təşkilatı Qadınlar Gününü qeyd etdi FOTOLAR
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycan qadınının ən böyük xidməti Vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən övlad bəxş etməkdir. Bu baxımdan, rayon təşkilatının sədri Azərbaycan qadınının dünyaya nümunə olduğunu söyləyib.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvlərinə bayram hədiyyələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Mart 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















