Icma.az
close
up
RU
YAP Nəsimi rayon təşkilatı tədbir keçirdi FOTOLAR

YAP Nəsimi rayon təşkilatı tədbir keçirdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “R.Behbudov küçəsi 134” ünvanı üzrə (Azərbaycan Dillər Universiteti) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Azərbaycan Respublikasının uğurları: Müstəqillikdən tam suverenliyə doğru” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx izlənilib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Müstəqilliyin Bərpası Gününün əhəmiyyətindən bəhs edib. O deyib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi Azərbaycanı güclü dövlətə çevirib, gələcək inkişafını sürətləndirib.

Bildirilib ki, Ulu Öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib: “Müstəqillik əldə olunandan bu günə qədər suverenliyimizin bərpası istiqamətində görülən işlər asan başa gəlməyib. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin keşiyində duran və onun inkişafının təməlini qoyan dahi şəxsiyyətdir”.

Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib”. Bildirilib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafının təmin edilməsində qarant rolunu oynayıb. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa edilib, suverenliyimiz tam təmin olunub.

Daha sonra professor İbrahim Kazımbəyli “Azərbaycan Respublikasında müstəqilliyin bərpası və tam suverenlik istiqamətində atılan uğurlu addımlar”, ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zərifə Əliyeva “Azərbaycan Respublikasında siyasi sistemin formalaşdırılması və dövlət quruculuğu”, ADU-nun tələbəsi, “Yeni Klub”un sədri Mədinə Əhmədova isə “Azərbaycan gəncliyi tam suverenliyin bərpası dövründə” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra ADU tələbələrinin təqdimatında bədii kompozisiya nümayiş olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:460
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri