Icma.az
close
up
RU
YAP Nizami rayon təşkilatı tədbir keçirdi FOTOLAR

YAP Nizami rayon təşkilatı tədbir keçirdi FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 26 Fevral – Xocalı soyqırımı günü ilə əlaqədar “Qisası alınmış Xocalı soyqırımı və xocalıların böyük qayıdışı” mövzusunda sərgi-tədbir keçirib.

"Unikal" xəbər verir ki, əvvəlcə “Qisası alınmış Xocalı soyqırımı və xocalıların böyük qayıdışı” mövzusunda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və başqaları qeyd ediblər ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Vurğulanıb ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün isə Qarabağda, o cümlədən Xocalıda qətliamlar törədənlər Bakıda ədalət məhkəməsinə çıxarılır, qanun qarşısında cavab verirlər.

Əlavə edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar.

Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, ümumilikdə 46 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi Bətül Rauf qızı Mustafazadə, ikinci yerə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdi Xədicə Qasım qızı Fazilova, üçüncü yerə isə 61 saylı tam orta məktəbin şagirdi Alina İntiqam qızı Muxamedşina layiq görülüblər.

69 nəfərin iştirak etdiyi inşa müsabiqəsində isə birinci yerin qalibi 210 saylı tam orta məktəbin şagirdi Elnur Emin oğlu Qurbanov, ikinci yerin qalibi 1 saylı idman liseyinin şagirdi Fəridə Fərid qızı Dəmirova, üçüncü yerin qalibi isə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin tələbəsi Rəhim Bəxtiyar oğlu Əhmədzadə olublar.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. 109 müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri