Icma.az
close
up
RU
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Nantun şəhərində Çin Kommunist Partiyası (ÇKP) Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi, Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıqdan sonra Şanxay şəhərinə yola düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, YAP-dan bildiriblər ki, ÇKP Şanxay şəhər komitəsində və Şanxay şəhər Partiya məktəbində keçirilmiş görüşlərdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Çin münasibətlərinin aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olduğu diqqətə çatdırılıb.

Hər iki ölkənin bir-birinin dövlətçilik mənafelərinə uyğun işbirliyinə yüksək dəyər verdiyi və müxtəlif sahələri əhatə edən əlaqələrin genişlənməsində maraqlı olduğu vurğulanıb. Bildirilib ki, qlobal siyasi proseslərə təsir etmək imkanına malik, dövlətlərarası münasibətlərin milli maraqlar və beynəlxalq hüquq normaları əsasında inkişafının tərəfdarı olan Azərbaycan ilə Çin Avrasiyada daimi sülh, dayanıqlı təhlükəsizlik və perspektivli əməkdaşlıq üçün məqsədyönlü siyasət həyata keçirir.

Diqqətə çatdırılıb ki, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS platforması çərçivəsində əməkdaşlığı diqqət mərkəzində saxlaması ciddi geosiyasi dəyişikliklərlə müşayiət olunan yeni reallıqlar fonunda olduqca mühüm əhəmiyyətə malikdir.

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulunun müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Bəyannamədə qeyd olunduğu kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Qeyd olunub ki, Birgə Bəyannamədə əksini tapan mühüm məsələlərdən biri də YAP ilə ÇKP arasında əlaqələrin gücləndirilməsidir ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.

Diqqətə çatdırılıb ki, əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir. Bildirilib ki, memorandumdan irəli gələrək humanitar mübadiləni zənginləşdirmək, təhsil sahəsində, kütləvi informasiya vasitələri, regional hakimiyyət orqanları, ictimai təşkilatlar və s. arasında ikitərəfli əlaqələrin partiyalararası platformalarının yaradılması da xüsusi diqqət mərkəzində saxlanılacaqdır.

Hər iki ölkədə gənclərlə işin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanaraq gənclərin ictimai-siyasi sahədə, o cümlədən dövlət idarəçiliyi və partiya həyatında fəal iştirakına xüsusi önəm verildiyi bildirilib. Gənclərlə siyasi-ideoloji işin əhəmiyyətindən bəhs edilərək bu istiqamətdə aidiyyatı təhsil müəssisələri arasında faydalı təcrübə mübadiləsinin aparılmasının mövcud reallıqlar və çağırışlar fonunda önəmi diqqətə çatdırılıb.

Azərbaycanın sosial-iqtisadi inkişaf modeli və Çin xüsusiyyətli sosializm haqqında da ətraflı məlumatın verildiyi görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Şanxay şəhərinə səfər çərçivəsində Çin Kommunist Partiyasının Birinci Qurultayı Muzeyi, Suhey xidmət mərkəzi, "Şərqin mirvarisi" teleqülləsi, Çjanbay mikrorayonu, Qlobal Ticarət Limanı və Suca çayı sahilindəki tarixi məhəllə də ziyarət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri