YAP Oğuz rayon təşkilatında görüşlər davam etdirilir
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının “Bayan kəndi ”və "Bayan - 2 (Oğuz Peşə Məktəbi) ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, “Bayan kəndi ” ərazi partiya təşkilatının sədri Orxan Rəsulov, " Bayan-2"( Oğuz Peşə Məktəbi) ərazi partiya təşkilatının sədri Ceyhun Kərimov və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Partiyamızın əsas ideoloji bünövrəsi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik prinsipləri üzərində qurulduğunu vurğuladı. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün reallıqlarından irəli gələn mühüm vəzifələr müəyyənləşdirib. Qeyd olunub ki, Möhtərəm Prezident, YAP sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi konseptual fikirlər Azərbaycanın qarşıdakı inkişaf mərhələsində partiya üzvlərinin üzərinə düşən məsuliyyəti daha da artırır. Çıxış edən “Bayan-2 ” ərazi partiya təşkilatının sədri, Qurultay nümayəndəsi Ceyhun Kərimov ,Oğuz bələdiyyəsinin sədri Arif Cavadov, "Bayan kəndi" ərazi partiya təşkilatının sədri Orxan Rəsulov, Bayan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Səidə İsmayılova, Oğuz Peşə Məktəbinin müəllimi Rəvanə Umarova, Bayan kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Nuridə Əsədli və digərləri VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd edib. Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 Oktyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















