“Belə turnirlər uşaqların inkişafında müstəsna rol oynayır”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın U-17 yığması Moldovada təlim-məşq toplanışında iştirak etdi.
Millinin baş məşqçisi Emin Mustafayev komandanın hazırlığı ilə bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Millinin “sükanı arxasında” ilk hazırlığınız oldu. Moldova toplanışı necə keçdi?
– İki aylıq fasilədən sonra ilk toplanışımız oldu. Heyətlə bağlı müəyyən çətinliklər yaşadıq. Üç futbolçumuz müxtəlif səbəblərdən hazırlığı buraxdı, “Sabah”ın oyunçuları başqa toplanışda olduğu üçün bizə üç gün gec qoşuldu. Daxili çempionatın da yeni başladığını nəzərə alsaq, əsas problem fiziki durumla bağlı oldu.
– Turnir barədə danışardınız. Kimlər iştirak edirdi, nəticələriniz necə oldu?
– Turnirdə Moldovanın U-17, U-18 komandaları və Latviya U-17 yığmasıyla mübarizə apardıq. Üç görüşdə də uduzmağımıza baxmayaraq, yaxşı təcrübə topladıq. Bu turnirə qatılmaqda əsas məqsəd heyəti komplektləşdirmək, təcrübə yığmaq və Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaq idi.
– İlk toplanışınızın olduğunu nəzərə alsaq, futbolçulardan əsas nələri tələb etdiniz?
– Tələblərimiz hücum futbolu oynamaq, cəsarətli və inamlı mübarizə aparmaq idi. Hesab neçə olur olsun, daim hücuma fokuslanmışdıq. Məğlubiyyətlərə baxmayaraq, hər matçda yaxşı oynadıq, belə nəticələrə layiq deyildik. Sadəcə əlimizə düşən şansları dəyərləndirə bilmədik, öz səhvlərimizdən qollar buraxdıq.
– Qarşıda yenə belə turnirlərdə iştirak etmək planınız var?
– Uşaqların inkişafı üçün belə turnirlər vacibdir. Onlar həm beynəlxalq səviyyədə oyunu hiss edir, həm də fərqli temp görür. Noyabrda Avropa çempionatının seçmə mərhələsi olacaq. Buna qədər isə iki dəfə Bakıda Gürcüstanla qarşılaşacağıq.
– Beynəlxalq turnilər uşaqların inkişafına hansı töhfələri verir?
– Turnirin faydalarını saymaqla bitməz. Oyunçular həm fərdi, həm də komanda şəklində inkişaf edir. Bundan əlavə, bizim yaş kateqoriyamız daxili çempionatda demək olar ki, ancaq süni örtüklü meydançada oynayırlar, matçlarda təzyiq az olur. Amma turnir təbii örtüklü meydançalarda keçirildi. Uşaqlar həm taktiki, həm texniki tərəfdən müəyyən biliklər əldə etdilər. Belə turnirlər uşaqların inkişafında müstəsna rol oynayır.
– Komandanın potensialı uğurlu gələcək vəd edir?
– Gələcəyə ümidlə baxırıq. Moldovadakı toplanışda komandadan hücum fazasında aktivlik, irəliləmə gördük. Futbolçuların cəsarəti, özünə inamı bizə müsbət düşünməyə əsas verir. Doğrudur, çatışmayan cəhətlər var və istər biz, istərsə də klubdakı məşqçilər bununla bağlı məlumatlıdırlar. Birlikdə bu futbolçuların inkişafına töhfə verə bilərik.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 24 Sentyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















