Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

YAP dövlətçilik ideyalarının müdafiəsində müstəsna rol oynayır ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuz son illərdə dövlətçilik yolunun mühüm nəticələrindən biridir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP Sədri cənab İlham Əliyevin “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir” fikri də bu reallığın siyasi ifadəsidir. Dövlət başçısı Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdiyini, beynəlxalq aləmin dəyərli üzvünə çevrildiyini və öz taleyinin öz əlində olduğunu vurğulayıb. Bu mövqe ölkənin beynəlxalq münasibətlərdə artan imkanlarının ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu göstərir.
Azərbaycanın bugünkü beynəlxalq mövqeyinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin siyasi irsi mühüm yer tutur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq münasibətlərini milli dövlətçilik prinsipləri əsasında sistemləşdirdi. Ümummilli lider ölkənin dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, Azərbaycanın öz siyasi iradəsini qorumasına xüsusi əhəmiyyət verirdi.
Yeni Azərbaycan Partiyasının yaradılması da həmin tarixi şəraitin siyasi nəticəsi idi. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, YAP-ın yaranması xalqın tələbi idi. Partiyanın fəaliyyəti sonrakı dövrdə dövlətçilik ideyalarının möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və strateji məqsədlərin ictimai dəstək qazanması baxımından mühüm rol oynadı. YAP bu gün də ölkənin ictimai-siyasi həyatında təşkilatlanmış siyasi qüvvə kimi fəaliyyət göstərir və dövlətin inkişaf istiqamətləri ilə bağlı mövqeyini cəmiyyətə çatdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt yeni tarixi şəraitə uyğun inkişaf etdirilib. VIII Qurultayda Ulu Öndərin siyasi xəttinin əsas istiqamətlərinin dəyişməz qaldığının vurğulanması bu ardıcıllığı göstərir: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü dövlət Azərbaycanın xarici siyasət imkanlarının da dayaqlarıdır. 2020-ci ildə əldə olunan Zəfər Azərbaycanın beynəlxalq mövqeyində yeni mərhələ yaratdı. Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, Azərbaycan həmin müharibədə işğala son qoymaqla yanaşı, regionda yeni reallıqlar formalaşdırdı. 2023-cü ildə suverenliyin tam bərpası bu prosesi tamamladı. Bu hadisələr Azərbaycanın öz milli məsələlərini həll etmək iqtidarında olan dövlət kimi mövqeyini möhkəmləndirdi. YAP-ın siyasi fəaliyyəti də bu proseslər zamanı cəmiyyətin dövlətçilik və milli birlik ətrafında səfərbər olunmasına yönəldi.
Yeni reallıqlar Azərbaycanın qarşısında əldə edilmiş nəticələri regional əməkdaşlıq və inkişaf imkanlarına çevirmək vəzifəsini qoyur. Azərbaycanın enerji resurslarını istehsal və ixrac edən, mühüm nəqliyyat marşrutlarının qovşağında yerləşən ölkə kimi imkanları tərəfdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradır. Prezident İlham Əliyevin siyasətində beynəlxalq platformalarda fəal iştirak və milli maraqların müdafiəsi bir-birini tamamlayır.
Bu baxımdan siyasi müstəqilliklə iqtisadi və müdafiə imkanları arasında bağlılıq da əhəmiyyətlidir. Güclü iqtisadi baza dövlətin müstəqil qərarlar qəbul etməsinə, hərbi potensial isə həmin qərarların təhlükəsizlik təminatına xidmət edir. Heydər Əliyevin dövlətçilik konsepsiyasında bu amillərin qarşılıqlı əlaqəsi mühüm yer tuturdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin yanaşma müasir imkanlarla zənginləşdirilib.
VIII Qurultayın keçirildiyi mərhələnin özəlliyi ondadır ki, Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi yeni siyasi reallıqlarla üz-üzədir. Bu isə Azərbaycanın qarşısında regional sülhə, əməkdaşlığa və qarşılıqlı faydalı layihələrə daha geniş töhfələr vermək üçün imkanlar açır.
Beləliklə, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ardıcıl dövlətçilik siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi təməl, YAP-ın dövlətçilik ideyalarını müdafiə edən fəaliyyəti və Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. VIII Qurultayda səslənən fikirlər göstərir ki, qarşıdakı mərhələdə məqsəd milli maraqları qorumaqla yanaşı, Azərbaycanın artan imkanlarını regional sabitlik, əməkdaşlıq və inkişaf naminə səmərəli şəkildə dəyərləndirməkdir.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see323

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see292

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see238

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see237

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see235

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see230

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see228

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see220

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see216

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see211

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see207

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see198

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see188

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see184

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see183

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see179

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see174

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri