YAP Veteranlar Şurasının iclası keçirildi FOTOLAR
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.
"Unikal" xəbər verir ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə gündəlikdə duran məsələlər haqqında məlumat verərək Şuranın 2025-ci ildə də öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində, müvafiq Tədbirlər Planına uyğun şəkildə davam etdirdiyini vurğulayıb.
Görülən işlərdən bəhs edən Arif Rəhimzadə 2026-cı ilin Tədbirlər Planında nəzərdə tutulan məsələlərə nəzər yetirərək ideoloji işin, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsinin diqqət mərkəzində olacağını vurğulayıb.
İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Tahir Rzayev, Elbay Qasımzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca, Nazim İsmayılov, Fidumə Hüseynova, Arif Qaraşov və Zahid Xəlilov çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.
YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib. 2026-cı ilin Tədbirlər Planı ilə bağlı müxtəlif təkliflər səsləndirilib və yekunda müvafiq qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 22 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















