YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “Ramin Qasımov küçəsi 30” (Xəzər Tibb Mərkəzi) ünvanı ərazi partiya təşkilatı yaradılıb.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, 730 mindən artıq üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Qeyd edib ki, xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulması sevindirici haldır. Partiyadakı bu kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaq.
Daha sonra çıxış edən Xəzər Tibb Mərkəzinin direktoru Tərlan Bəbirov və digərləri zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək qazandığı möhtəşəm nailiyyətlərdən bəhs ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. Gəray Abbasov ərazi partiya təşkilatının sədri, Ramilə İsrafilova isə sədr müavini seçiliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 27 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















