Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatı BDU da görüş keçirdi FOTOLAR

YAP Yasamal rayon təşkilatı BDU da görüş keçirdi FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Müdafiə Universiteti tərkibində Azərbaycan ordusunun Təlim və Tədris mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov ilə BDU tələbələrinin görüşü keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Dövlət Universitetində baş tutan görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi gənclərdə milli dövlətçilik düşüncəsinin formalaşmasına və ideoloji maarifləndirməyə mühüm töhfə verir. Bu layihə Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz platformadır. Ulu Öndər Heydər Əliyevin hər çıxışı xalqı birliyə, vətənpərvərliyə və dövlətə sədaqətə səsləyirdi. O, xalqın maariflənməsini, milli şüurun güclənməsini və dövlətçiliyin ideoloji əsaslarını formalaşdırırdı. Ümummilli Lider Heydər Əliyevin düşüncə tərzi, idarəetmə mədəniyyəti və strateji baxışı müasir Azərbaycanın siyasi kursunun bünövrəsini qoydu. O, xalqla dövlət arasında mənəvi körpü yaratdı, azərbaycançılıq ideyasını dövlət siyasətinə çevirdi. Prezident İlham Əliyev müdrik siyasətin davamçısı kimi Azərbaycanın qüdrətini yeni zirvələrə yüksəldib. Onun uzaqgörən qərarları və dəmir iradəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, tarixi zəfərlərə imza atıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, böyük siyasi və dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olmaqla ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri, heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir ki, bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib.

Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri kimi güclü və peşəkar ordu formalaşdırıldı. O, ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin təminatçısı kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar, hərbi təhsil sisteminin yenidən qurulması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini yüksəltdi. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, texnoloji modernləşmə və zabit heyətinin peşəkarlığının artırılması müasir ordu modelinin yaranmasına səbəb oldu. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, 2023-cü ilin antiterror tədbirləri bu siyasətin real nəticəsi və milli iradənin təntənəsi oldu. Bu qələbələr Ümummilli Lider Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev siyasətinin vəhdətinin ən parlaq təzahürüdür. Qələbə həm də Azərbaycan xalqının və dövlətinin birliyinin, inamının və sədaqətinin simvoluna çevrildi. Ordu quruculuğu istiqamətində əldə olunan uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri