Icma.az
close
up
RU
“Yapı Kredi Bank Azərbaycan” QSC də Müşahidə Şurasının müstəqil üzvləri və İdarə Heyətinə yeni üzvlər təyin olunmuşdur

“Yapı Kredi Bank Azərbaycan” QSC də Müşahidə Şurasının müstəqil üzvləri və İdarə Heyətinə yeni üzvlər təyin olunmuşdur

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Virma Sökmen və Özlem Mertoğlu Müşahidə Şurasına müstəqil üzv kimi seçilmişdir, beləliklə Müşahidə Şurasının üzvlərinin sayı

5-ə yüksəlmişdir. 

Qeyd edək ki, cari durumda bankın Müşahidə Şurasının sədri Gökhan Erün, üzvləri isə Serkan Ülgen və Akif Cahit Erdoğandır.

Müşahidə Şurasının müstəqil üzvləri:

1.          Özlem Mertoğlu Türkiyənin Yaxın Şərq Texniki Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. Karyerasına “İnterbank” A.Ş-də başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb.. Özlem Mertoğlu “Disbank Nederland”-da Baş Direktor və “Demir Halk Bank Nederland”-da Baş Direktor müavini vəzifələrini də icra etmişdir. 2010 – 2022-ci illər ərzində “Affiance Management” şirkətində Təsisçi və Müdir, Yapı Kredi Bank Hollandiyada Müşahidə Şurasının müstəqil üzvü və Yapı Kredi Maltada Müşahidə Şurasının müstəqil üzvü vəzifələrini tutmuşdur. 2016 – 2018-ci illərdə “TMF Netherlands”-da Onboarding və KYC Xidmətlər üzrə Qlobal Biznes Direktoru kimi çalışmışdır. 07.03.2025-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2.          Virma Sökmen ABŞ-ın “La Salle” Universitetində Biznesin İdarəedilməsi ixtisası üzrə təhsil alıb. Karyerasına “Gulf Bank” və “Çarşı Menkul Değerler”də başlayıb, daha sonra korporativ bankçılıq, xarici ticarət, sığorta və faktorinq sahələrində çalışıb. 2019-cu ildən “Yapı Kredi Bankası” A.Ş-də Müşahidə Şurasının müstəqil üzvü, Kredit Komitəsinin üzvü və Korporativ İdarəetmə Komitəsinin sədri kimi fəaliyyət göstərir. 07.03.2025-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

Əlavə olaraq, bankın İdarə Heyətində yeni təyinatlar həyata keçirilib. Hazırkı vəziyyətdə Bankın İdarə Heyətinin üzvləri Sinan Ağırbaş və Şəhla Səmədovadır.

1. Ziya Serkan Günal – Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü

Orta Doğu Teknik Universitetində təhsil alıb. 1997-ci ildə Ziraat Bankında karyerasına başlayıb, Londonda və Türkiyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 09.10.2023-cü ildə “Yapı Kredi Bank Azərbaycan”da Baş Maliyyə İnzibatçısının müavini, 25.02.2025-ci ildə isə Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.

2. Ramil Məmmədov – Baş Komplayens İnzibatçısı, İdarə Heyətinin üzvü

Bakı Dövlət Universitetində və ABŞ-ın Cənubi Meyn Universitetində təhsil alıb. Karyerasına 2003-cü ildə Azərbaycan Mərkəzi Bankında başlayıb, daha sonra müxtəlif şirkətlərdə işləyib, 2013-cü ildən “Yapı Kredi Bank Azərbaycan”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.

3. Sadiq Məmmədli – Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü

Kipr Yaxın Şərq Universitetində bakalavr və magistr, Kibernetika İnstitutunda fəlsəfə doktoru dərəcəsi alıb. 2002-2007-ci illərdə Koçbank Azərbaycanda, 2007-2024-cü illərdə isə “Yapı Kredi Bank Azərbaycan”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Risk İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.

4. Teymuraz Əmirov – Hüquq departamentinin müdiri, İdarə Heyətinin üzvü

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1996-2000-ci illərdə Rusiyada DİN-in Baş İstintaq İdarəsində müstəntiq işləyib. 2009-cu ildən “Yapı Kredi Bank Azərbaycan”da Hüquq Departamentinin müdiridir. 25.02.2025-ci ildə İdarə Heyətinin üzvü təyin edilib.

Müşahidə Şurasının yenilənməsi və yeni təyinatların həyata keçirilməsi ilə biz Bankın dayanıqlı inkişafını təmin etməyi, bazardakı mövqeyimizi daha da möhkəmləndirməyi və müasir bankçılıq trendlərinə uyğun innovativ həllər təqdim etməyi hədəfləyirik. Yeni rəhbərlik heyəti ilə birlikdə daha güclü və dinamik bir yanaşma tətbiq edərək müştərilərimizə və tərəfdaşlarımıza daha keyfiyyətli xidmət göstərməyi hədəfləyirik.

Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri