Icma.az
close
up
RU
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?

Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir texnologiyanın sərhədləri hər gün bir az da genişlənməkdədi. İndiki robotlar yalnız zavodlarda iş görən mexanizm deyil, artıq onlar danışır, düşünür, gülümsəyir, hətta insanı təqlid edirlər. Yapon tədqiqatçısı, texnoloq alim Hiroşi İsiquro robotlarla bağlı qeyri-adi bir addım atıb. Belə ki o, son 18 ildə özünün oxşarı olan altı robot yaradıb.

İsiquronun yaratdığı bu robotlar yalnız mexaniki qurğular deyil, onlar həm də alimin daxili aləmini əks etdirən “geminoidlər”di. Onun son modeli olan Geminoid HI-6 alimin özünə o qədər oxşayır ki, vəziyətdən xəbəri olmayan kimsə onun robot olduğunu hiss edə bilməz. Robot öz tədqiqatçısının səsini, danışıq tərzini, əl jestlərini, hətta göz qırpmasını belə, olduğu kimi yamsılayır.

Mütəxəssislərin fikrincə bu layihə sadəcə texnologiya deyil, bu həm də insanın özünə kənardan baxışıdır. Robot oxşarlarını getdikcə təkmilləşdirən İsiquro öz kəşfini  “insanın mahiyyətini daha dərindən anlamaq” marağı ilə izah edib. Alim özünün geminoidləri haqda danışarkən: “Gələcəkdə insanlar robotlarla emosional əlaqə quracaq, onları həm müəllim, həm dost, həm də ailə üzvü kimi qəbul edəcəklər” – söyləyib.

Bu fikirlər bəziləri üçün qorxulu səslənə bilər. Ancaq tarix göstərir ki, hər yeni texnologiya əvvəlcə qorxu, sonra maraq, nəhayət, asılılıq doğurur. Bəlkə də bir gün Hiroşi İsiquronun robotu məktəblərdə dərs deyəcək, xəstəxanalarda xəstələrlə danışacaq və ya tənha qocalarla  yoldaşlıq edəcək.

Alim öz təcrübəsinin ona bəxş etdiyi hisslərindən danışarkən: “Bu sualı yenidən gündəmə gətirmək istəyirəm: insanı insan edən nədir — ürək, beyin, yoxsa ruh? Robotlar hələlik bizim kimi duyğulu ola bilməsələr də, onlar bizim davranışlarımızı, sözlərimizi, hətta düşüncələrimizi daşıyırlar” - deyib.

Yapon psixoloqları alimin bu layihəsini, texnologiyanın təkamülündən çox, insanın özünün həyatdakı obrazına baxışının dəyişməsi kimi qiymətləndiriblər. Onların fikrincə biz, texnologiya vasitəsilə təkcə gələcəyə getməyi deyil, eyni zamanda özümüzü də kəşf etməyi bacarmalıyıq. 

Murad Köhnəqala

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri