Yaponioyaya güclü qar yağıb, fırtına xəbərdarlığı edilib
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Yaponiyada yağan qar yeni milli rekorda imza atıb. Hokkaydo adasındakı Obihiro şəhərinə 12 saat ərzində 1,29 m qar yağıb.
Reyting.az xəbər verir ki, bu, Yaponiyada qeydə alınan 12 saatlıq ən güclü qardır. Bu, həm də son 53 ildə ilk dəfədir ki, qarın hündürlüyü 1,2 metri keçib.
Kuşiro və Sapporoda da güclü qar yağır. Səlahiyyətlilər ada boyu qarın altında qalan avtomobillər və onların sürücülərinə dəstək göstərirlər.
Səlahiyyətlilər sərt hava şəraiti ilə əlaqədar sakinləri qeyri-vacib səyahətlərdən çəkinməyə çağırıb.
Bu arada sinoptiklər Yaponiyada qar yağışının davam edəcəyini bildiriblər. Hokkaydo daha yarım metr, Yaponiyanın şimal-qərbində isə bir metrə qədər qar görməlidir.
Ölkədə soyuqların təxminən bir həftə davam edəcəyi gözlənilir. İnsanlara güclü qar və qar fırtınası barədə xəbərdarlıq edilib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Son 45 ilin ən çox qarı yağıb Güclü fırtına başlayıb, sel xəbərdarlığı edilib
05 Avqust 2025 09:02
Moskvaya güclü qar yağıb
06 Aprel 2025 11:24
Mərakeşə güclü qar yağıb
31 Dekabr 2024 22:03
Türkiyəyə güclü qar yağıb
05 İyul 2025 10:37
Bölgələrə güclü qar yağıb
08 Fevral 2025 10:43
Baxış sayı:150
Bu xəbər 05 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















