Yaponiya Fələstini tanımayacaq ABŞ la münasibətləri korlamaq istəmir
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şiqeru İşiba BMT-nin Fələstin məsələsinə həsr olunmuş iclasında iştirak etməmək niyyətindədir
Yaponiya ABŞ-la yaxşı münasibətlər saxlamaq üçün hələlik Fələstin dövlətini tanımayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumatlı hökumət mənbələrinə istinadən yazıb.
Qəzetin yazdığına görə, Yaponiyanın Baş naziri Şiqeru İşiba da BMT-nin sentyabrın 22-də Nyu-Yorkda Fələstin məsələsinə həsr olunmuş iclasında iştirak etməmək niyyətindədir.
Bundan əvvəl Böyük Britaniya, Fransa, Kanada və Avstraliya da daxil olmaqla bir neçə ölkənin hökumətləri bu ay BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını elan ediblər.
İsrailin ən yaxın müttəfiqi olan ABŞ Fələstin dövlətinin tanınması ideyasını rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 17 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















