Icma.az
close
up
RU
Yaponiya hökuməti rekord müdafiə xərcləri ilə büdcəni təsdiqləyib

Yaponiya hökuməti rekord müdafiə xərcləri ilə büdcəni təsdiqləyib

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təxminən 731,28 milyard dollar həcmində büdcə layihəsi təsdiqlənib

Yaponiya hökuməti 2025-ci maliyyə ili (2025-ci ilin aprelində başlayır) üçün 115,54 trilyon yen (təxminən 731,28 milyard dollar) həcmində büdcə layihəsini təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

Büdcə layihəsində ölkə tarixində ilk dəfə olaraq 8 trilyon yenini (təxminən 50,6 milyard dollar) ötərək rekord məbləğdə müdafiə xərcləri nəzərdə tutulur. Hərbi büdcənin artırılması hökumətin təsdiq etdiyi müdafiə potensialının artırılması və zərbə silahlarının qəbulu strategiyası çərçivəsində baş verir.

Əhalinin yaşı artdıqca sosial təminat xərcləri rekord həddə - 38,3 trilyon yenaya (təxminən 242,9 milyard dollar) yüksələcək.

Vergi gəlirlərinin artması dövlət istiqrazlarının buraxılışını 28,65 trilyon yenaya (181,7 milyard dollar) qədər azaldacaq, lakin Yaponiya hələ də ağır dövlət borc yükü ilə üz-üzədir. Belə borclanma xərclərin təxminən dörddə birini təşkil edir.

Büdcə layihəsi 2025-ci ilin əvvəlində baxılmaq üçün parlamentə təqdim olunacaq. Oktyabrda keçirilən növbədənkənar seçkilərdə çoxluğunu itirmiş Liberal Demokrat Partiyası ilə “Komeito” Partiyasının hökumət quran koalisiyası büdcənin təsdiqində maraqları nəzərə alınmalı olan müxalifət partiyalarının sərt tələbləri ilə üzləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Dekabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri