Yaponiya səfiri: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında son dərəcə strateji mövqeyə malik ölkədir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 fevral, Ceyhun Xəlilov, AZƏRTAC
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında son dərəcə strateji mövqeyə malik bir ölkədir. Hesab edirəm ki, Azərbaycanın bu mühüm coğrafi mövqeyi yalnız Avropa ilə Mərkəzi Asiya arasında körpü rolu ilə məhdudlaşmamalı, daha geniş miqyasda – bütün dünyaya açılan bir əməkdaşlıq platformasına çevrilməlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya deyib.
O bildirib ki, Yaponiya Azərbaycanın böyük potensialını nəzərə alaraq yaşıl enerji, informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində qabaqcıl təcrübəsini ölkənin davamlı inkişafına töhfə vermək məqsədilə bölüşməyə böyük maraq göstərir.
“Xüsusilə yaşıl enerjinin inkişaf etdirilməsi günümüzün əsas prioritetlərindəndir. Bu sahə Yaponiyada da diqqət mərkəzindədir. İnformasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsini olduqca vacib hesab edirik. Yaponiya özündə mövcud olan qabaqcıl texnologiyaları və zəngin təcrübəni Azərbaycanla bölüşməyə, ölkənin inkişafı üçün bütün səviyyələrdə töhfə verməyə böyük maraq göstərir. Çünki Azərbaycan çox cazibədar bir ölkədir və onun imkanları həqiqətən də sonsuzdur. Yaponiya tərəfi olaraq biz çox istərdik ki, Azərbaycan bundan sonra daha da inkişaf etmiş bir ölkəyə çevrilsin və bu inkişafı ilə bütün dünyaya töhfə versin”, - deyə səfir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















