Yaponiya XİN: Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Yaponiya, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı verilən bəyanatları alqışlayır".
Oxu.Az-ın Yaponiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kitamura Toşihiro Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı razılaşma barədə danışarkən bildirib.
"İki ölkə arasında münaqişənin yekun həlli, Qafqaz regionunda sülh və sabitlik üçün həlledici əhəmiyyət kəsb edir. Yaponiya ümid edir ki, iki tərəfin razılaşdırdığı sülh sazişi ən qısa zamanda imzalanacaq və regionla bağlı məsələlər sülh yolu ilə və daimi şəkildə öz həllini tapacaq", - deyə Kitamura Toşihiro qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Mart 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















