Yaponiyada 400 tonluq nəhəng qala iplərlə geri çəkilir
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın Aomori bölgəsi əlamətdar bir hadisəyə şahid olur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə təmir üçün köçürülən 400 ton ağırlığında olan milli irs obyekti – Hirosaki qalası lotereya ilə seçilən mindən çox insan tərəfindən iplərlə geri çəkilərək əvvəlki yerinə qaytarılır.
Nəhəng bir platformada yerləşən qalanın bu ilin sonuna qədər ümumilikdə təxminən 78 metr köçürülməsi və tamamilə əvvəlki yerinə qoyulması planlaşdırılır.
Məqsəd avqustun sonuna qədər keçiriləcək oxşar tədbirlərdə ümumilikdə 4100 nəfərin iştirak etməsi və qalanın yalnız insan gücü ilə cəmi 5 metr köçürülməsidir.
Qalan təxminən 73 metrin tikinti texnikası ilə tamamlanması gözlənilir.
İbrahim Cəfərov
Baxış sayı:158
Bu xəbər 27 Avqust 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















