Yaponiyada ABŞ bazasından qalxan təyyarələrə görə sakinlərə milyonlarla pul ödəniləcək
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyada məhkəmə ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinin eyniadlı aviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə Asiya ölkəsinin cənubunda yerləşən Kadena şəhərinin sakinlərinə ümumilikdə təxminən 16,3 milyon dollar məbləğində kompensasiya ödəməyə məcbur edib.
Milli.Az xəbər verir ki, bu barədə Pentaqona məxsus Stars and Stripes qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məhkəmə qərarına əsasən, Amerika təyyarələrinin yaratdığı səs-küy şəhər sakinlərinin gündəlik həyatını pozur və onlara "təyyarə səsindən qaynaqlanan narahatlıq, əsəbilik, yuxu pozuntusu və mümkün aviaqəzalarla bağlı təşviş şəklində psixoloji zərər" vurur.
Sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək vurulmuş zərərə görə kompensasiya alacaqlar. Ödənişin məbləği şəhər sakininin aviabazadan nə qədər uzaqda və hansı müddət ərzində yaşamasından asılı olacaq. Bununla yanaşı, məhkəmə iddiaçıların ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbinə baxmayaraq, Yapon hökumətinin bu cür səlahiyyətə malik olmadığını əsas gətirərək bu tələbi rədd edib.
Qəzetə açıqlamasında məhkəmə nümayəndəsi qeyd edib ki, kompensasiya alacaq şəxslərin dəqiq sayı məlum deyil, çünki 5 mindən çox iddiaçıdan bəziləri ərizələrini geri götürə və ya yekun qərara qədər vəfat etmiş ola bilər.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 29 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















