“Zəfər Akademiyası İlham Əliyev Məktəbi” layihəsi uğurla yekunlaşıb
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Gənclər Fondunun "Konstitusiya və Suverenlik İli" çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi Xanımbikə İsmayılova tərəfindən icra olunan "Zəfər Akademiyası - İlham Əliyev Məktəbi" layihəsi uğurla yekunlaşıb.
Layihə gənclər arasında Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün bərpasındakı liderlik rolunu dərindən təhlil və təbliğ etmək, dövlətçilik dəyərlərini aşılayan, düşünən və təşəbbüskar gənclər yetişdirmək məqsədi daşıyıb.
Layihə 4 gün Saatlı rayonu, 4 gün Sabirabad rayonu olmaqla, ümumilikdə 8 günü əhatə edib və 4 istiqamət üzrə təşkil olunub. Layihə çərçivəsində Konstitusiya və suverenlik anlayışları, Şuşa və Xarıbülbül mövzuları, milli birlik və "dəmir yumruq" anlayışı, liderlik bacarıqları, eləcə də Prezident İlham Əliyevin Qarabağ siyasəti və çıxışlarının analizi ilə bağlı mövzulara yer verilib. Layihənin bağlanış mərasimində gənclər "Mənim suverenlik layihəm" adlı ideya təqdimatları ilə çıxış edərək, suverenlik anlayışına öz baxışlarını, cəmiyyət və dövlət üçün gördükləri gələcək perspektivləri bölüşüblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Zəfər Akademiyası - İlham Əliyev Məktəbi" qrant layihəsində iştirakı və fəallığı ilə seçilən bütün gənclərə sertifikatlar və kiçik xatirə hədiyyələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Yanvar 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















