Icma.az
close
up
RU
Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər

Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Yeni bir araşdırma mütəmadi şəkildə nəvələrinə baxan nənə və babalarda depressiya riskinin arta biləcəyini ortaya qoyub. 

Qaynarinfo xəbər verir ki, xüsusilə altı yaşdan kiçik uşaqlara qulluq edən yaşlı nənə və babalar üçün bu riskin daha yüksək olduğu bildirilir.

Nəvəyə baxmaq bir çox ailə üçün həm emosional, həm də praktik dəstək deməkdir. Lakin son araşdırmalar bu məsuliyyətin hər zaman müsbət nəticələr doğurmadığını göstərir. Mütəxəssislərin fikrincə, uzunmüddətli və tez-tez nəvəyə baxmaq yaşlı insanların psixi sağlamlığına mənfi təsir göstərə bilər.

İngiltərə mərkəzli yardım təşkilatı "Age UK”nin məlumatına görə, təxminən 5 milyon nənə və baba mütəmadi olaraq nəvələrinə baxmağa kömək edir. Onların təxminən 90 faizi həftədə ən azı bir dəfə, hər on nəfərdən biri isə hər gün nəvələrinin qayğısına qalır. Bəzi ailələrdə bu məsuliyyət beş il və ya daha uzun müddət davam edə bilir.

"Age UK” nəvəyə baxmağın yaşlı insanları həm zehni, həm də fiziki baxımdan aktiv saxladığını, eyni zamanda tənhalıq hissini azaltdığını da vurğulayır. Ancaq son tədqiqatlar göstərir ki, bu təsir hər kəs üçün eyni olmur.

İrandakı Şəhid Beheşti Tibb Elmləri Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmada 400-dən çox yaşlı cütlük tədqiq edilib. İştirakçılara nəvələrinə nə qədər tez-tez baxdıqları və əhval-ruhiyyələri ilə bağlı suallar verilib.

Araşdırmanın nəticələrinə görə, 50 yaşlarında olan nənə və babalar arasında nəvəyə baxmaqla depressiya arasında əhəmiyyətli əlaqə aşkarlanmayıb. Lakin 60 yaşlarında olan iştirakçılar arasında, xüsusilə nəvələr altı yaşdan kiçik olduqda, depressiya riskinin nəzərəçarpacaq dərəcədə artdığı müəyyən edilib.

Tədqiqatçılar bildiriblər ki, bu yaş qrupunda nəvəyə baxmaq daha çox emosional və fiziki təzyiq yaradır, vaxt və enerji tələbatı isə psixi sağlamlığı çətinləşdirə bilir.

Mütəxəssislərin fikrincə, nəvəyə baxmaq pensiya dövrü və gəlirin azalması ilə birlikdə nəzərdən keçirildikdə, bəzi nənə və babalar üçün əlavə maliyyə yükü də yarada bilər. Bu amilin mövcud psixoloji problemləri daha da dərinləşdirə biləcəyi qeyd olunur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri