Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ: Sunami təhlükəsi elan edildi
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəzi Yaponiyada 5.9 maqnitudalı zəlzələ baş verib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, zəlzələ ilə əlaqədar ümummilli xəbərdarlıq sistemi işə düşüb.
Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Tokio ilə qonşu İbaraki prefekturasında, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən dərhal sonra sunami təhlükəsi elan edilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub. Yaponiyanın yeddi ballıq seysmik şkalasına əsasən, zəlzələnin gücü "5-dən aşağı" qiymətləndirilib.
Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Yaponiyanın atom obyektlərində də hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb.
Güclü zəlzələ ilə bağlı xəbərdarlıq yerli sakinlərin mobil telefonlarında işə düşüb. Həmçinin Tokio küçələrində quraşdırılmış səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlar yayımlanıb. Vətəndaşlara sakitliyi qorumaq və lazımi ehtiyat tədbirlərini görmək çağırışı edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Avqust 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















