Yaponiyada şiddətli zəlzələ: sunami təhlükəsi yarandı
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub, ardınca mümkün sunami ilə bağlı xəbərdarlıq elan edilib.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hakimiyyət İvate, Aomori və Hokkaydo prefekturaları üçün hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.
Zəlzələ Yaponiyanın seysmik intensivlik şkalası üzrə "yuxarı beşlik" kimi qiymətləndirilib - bu, insanların hərəkətində ciddi çətinliklərin və konstruksiyaların zədələnməsinin, o cümlədən armatursuz beton divarların çökməsinin mümkün olduğu bir səviyyədir.
Bu mövzuda digər xəbərlər:Yaponiyada şiddətli zəlzələ oldu Video
28 İyul 2026 12:51
Yaponiyada daha bir şiddətli zəlzələ oldu Yenilənib
26 İyun 2026 17:49
Yaponiyada şiddətli zəlzələ anı: bu görüntülər diqqət çəkdi
10 Dekabr 2025 10:18
Yaponiyada güclü ZƏLZƏLƏ oldu Sunami təhlükəsi...
26 Fevral 2025 12:20
Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olunmayıb
17 Noyabr 2024 19:21
Baxış sayı:104
Bu xəbər 20 Aprel 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















