Yaponiyada iflaslar son 12 ilin ən yüksək səviyyəsinə çatıb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyada müflisləşmələrin sayı cari maliyyə ilinin birinci yarısında işçi qüvvəsi çatışmazlığı və qiymətlərin artması fonunda son 12 ilin ən yüksək səviyyəsinə çatıb.
Bakıvaxtı.az "The Mainichi" qəzetinə istinadən xəbər verir ki, bu barədə korporativ kredit təhlili və marketinq araşdırmaları üzrə ixtisaslaşmış "Tokyo Shoko Research" şirkəti məlumat yayıb.
Məlumata görə, təxminən 66 min dollar borcla bağlı iflasların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artaraq 5172 hadisəyə çatıb. Bu, maliyyə ilinin birinci yarısında dördüncü ardıcıl artımdır. Kiçik müəssisələr xüsusilə ağır zərbə alıb, onların 70%-dən çoxu iflas edib.
İşçi qüvvəsi çatışmazlığından yaranan iflasların sayı əvvəlki ildəki 151-ə nisbətdə 202 hadisəyə yüksələrək son 12 ilin ən yüksək göstəricisidir.
Sənaye bölgüsü baxımından ən çox iflaslar xidmət sektorunda qeydə alınıb. Onun ardınca yüksək material xərcləri ilə üzləşən tikinti sektoru gəlir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















