Yaponiyanın cüdo əfsanələri Böyük Dəbilqədə yarışmaq üçün Bakıya gələcək
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Dünyanın ən güclü komandalarından biri olan Yaponiya əsas heyəti ilə Bakı Böyük Dəbilqə turnirində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, Yaponiyanın Olimpiya və dünya çempionları Paris 2024 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər:
Natsumi Çunoda (48 kq) – Olimpiya çempionu, üçqat dünya çempionu.
Uta Abe (52 kq) – Olimpiya çempionu, dördqat dünya çempionu.
Ryuju Naqayama (60 kq) – Olimpiya və dünya mükafatçısı.
Tatsuki İşihara (73 kq) – Dünya mükafatçısı. (Hidayət Heydərovla Dünya Çempionatının finalında qarşılaşan idmançı)
Sanşiro Murao (90 kq) – Olimpiya və dünya mükafatçısı.
Həmçinin, ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.
Qeyd edək ki, Böyük Dəbilqə turniri 14-16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 05 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















