Yaponiyanın Kirişima şəhərində ən yüksək beşinci səviyyəli təxliyə elan edildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyanın Kirişima şəhərində güclü yağışlar səbəbindən 122.4 min nəfər üçün yüksəksəviyyəli təxliyə elan edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NHK" telekanalı məlumat verib.
Ölkənin cənubunda, Kaqoşima prefekturasında yerləşən Kirişima şəhərində güclü yağışlar səbəbindən "xüsusi xəbərdarlıq" rejimi tətbiq edilib. Əlverişsiz hava şəraiti səbəbindən artıq iki nəfərin xəsarət aldığı məlum olub. Səlahiyyətlilər suyun səviyyəsinin yüksək olması səbəbindən bir çox ərazilərdə çay daşqınları təhlükəsi barədə xəbərdarlıq ediblər.
Sinoptiklərin məlumatına görə, 12 saat ərzində Kirişimanın bir sıra ərazilərində 1.5 aylıq normada - 495 mm yağıntı düşüb. Güclü yağışlar fonunda şəhərdə "fövqəladə təhlükəsizlik təminatı" ifadəsi altında 5-ci səviyyəli təxliyə elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















