Icma.az
close
up
RU
Yaponlar bir avtomobilin alınıb alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

Yaponlar bir avtomobilin alınıb alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yapon sürücülər bu sürətli və effektiv sistem sayəsində, hətta böyük hərraclarda belə, avtomobilin alınıb-alınmayacağına cəmi 5 dəqiqədə qərar verirlər. Buna görə nə avtomobili servisdə yoxlatdırmağa ehtiyac duyurlar, nə də maşından anlayan bir dostu yanlarında aparmağa.

Milli.Az xəbər verir ki, yaponların ilk etdiyi yoxlama avtomobilin gövdəsində hər hansı əyrilik olub-olmadığını müəyyənləşdirməyə yönəlmiş sadə bir baxış təhlilidir. Alıcı əvvəlcə avtomobilin sol ön küncündən sağ arxa tərəfinə, sonra isə tam tərs istiqamətə baxır. Faraların yanında kapotun yuxarı qalxması, baqaj qapağında işıq əksinin pozulması və ya künclərdə əyrilik görünməsi, avtomobilin keçmişdə qəzaya düşdüyünün vacib göstəricisi sayılır. Yaponların ifadəsi ilə: "Gövdəsi əyri olan maşın, ilk baxışdan yalan danışır."

Mühərrikin ümumi vəziyyəti yağ çubuğu ilə anındaca üzə çıxır. Yağ çubuğundan kəskin qoxu gəlirsə, deməli mühərrik həddindən artıq qızıb. Çubuq tam qaralmış vəziyyətdədirsə, bu yağın ən azı 15 min kilometrdir dəyişdirilmədiyi deməkdir.

Daha sonra kapotun temperaturu əl ilə yoxlanılır:

- Kapot çətinliklə isinirsə - mühərrik zəifdir
- İlıqdır, amma yandırmırsa - vəziyyət yaxşıdır
- Əl yandıracaq qədər istidirsə - mühərrikdə həddindən artıq qızma problemi var

Yaponiyada alıcılar kilometraj göstəricisinə yox, avtomobildəki aşınma izlərinə diqqət edirlər. Əgər sükanın dəri hissəsi soyulubsa, amma paneldə 78 min kilometr yazılıbsa, kilometrajın geri sarılması ehtimalı yüksəkdir. Hamarlaşmış əyləc pedalı 200 min kilometrdən artıq istifadə deməkdir. Sürücü xalçısında daban yerində deşiklər varsa, bu, maşının gündəlik istifadədə olduğunu göstərir.

Yaponların dediyi kimi: "Ayağın izi, kilometrajdan daha az yalan danışır."

Son mərhələdə alıcı avtomobilə oturur, qapıları bağlayır və 30 saniyə boyunca heç bir hərəkət etmədən dinləyir. Qıcırdama, boşluq səsi kimi əlamətlər varsa, avtomobil dərhal siyahıdan çıxarılır. Salonun tam səssiz olması isə avtomobilin yaxşı qorunduğunu göstərir.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri