Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Yaradılış bayramının elmi, mədəni, mənəvi mahiyyəti ARAŞDIRMA

Yaradılış bayramının elmi, mədəni, mənəvi mahiyyəti ARAŞDIRMA

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Novruz bayramı insanlığın, sülhün, humanizmin, mənəviyyatın- bir sözlə yaradılışın bütün dəyərlərinin ən qədim və ən möhtəşəm şah əsəridir

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilib- 1921-ci ildə Nəriman Nərimanov tərəfindən

Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi misilsiz töhfələrdən olan Novruz bayramının ən yüksək səviyyədə Azərbaycanda qeyd edilməsi Odlar Yurdunun ta qədimdən yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlən əsas faktlardandır.

Bəşəriyyətin ilk bayramı Azərbaycanda yaranıb?

Tədqiqatlara görə, Novruz bayramının tarixi təqribən 5-7 min il əvvələ gedib çıxır. Bu bayram haqda məlumatlara 7-8 min il yaşı olan ilk müqəddəs kitabda- Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, 5-6 min illik tarixə dayanan Dədə Qorqud dastanlarında rast gəlinir.

Bahar bayramı ilə bağlı tarixə bəlli olan digər yazılı mənbələr 5 min il əvvələ aid hind, çin mənbələrinə, şumer mətnlərinə aiddir. Hindlərin bizim coğrafiya ilə qədim mədəni, dini, fəlsəfi bağlılığı elmə məlum faktlardandır. Şumerlərin də oraya şimaldan- tarixi Azərbaycan ərazilərindən köçüb gəldiyi artıq bir çox şumerşünas alimlər tərəfindən qəbul olunub.

Belə qəbul olunur ki, Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Əslində, bu təsəvvürlərin kökündə zamanın, həyatın “ölüb-dirilməsi” durur. Köhnə il ölür, yeni il doğulur. Kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır.

Tədqiqatçıların çoxu Şərqin böyük hissəsində qeyd edilən Bahar Bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın dünyaya məhz buradan yayıldığı ehtimalı son dərəcə yüksəkdir.

Qədim yunan tarixçisi Plutarx yazırdı: “Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu Omani adlanır”.

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi bayram şənlikləri keçirilir.

Bu gün Novruz bayramı bir çox şərq xalqları tərəfindən qeyd edilir, lakin bu bayramı ən möhtəşəm formada Azərbaycan xalqı keçirir- istər Azərbaycanda, istər də İranda yaşayan azərbaycanlılar. Çünki bu bayramın kökü bizə məxsusdur və dünyaya bizdən yayılmışdır.

İlaxır çərşənbə- “Danatma”- Günəşi qarşılamaq mərasimi

Bu bayramda əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, dastanlardan parçalar oxuyurdular.

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə maddi yaradılışın bazasını təşkil edən 4 müqəddəs ünsürlə- su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə bərabər öz vücudunu da təmizləyərdi. Axırıncı, ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir. Həmin gecə hec kim yatmaz, çillə keçirərdilər.

Günəş qədim insanların müqəddəs saydığı və Tanrının dünyanı yaratdığı zaman insan oğluna bəxş etdiyi ən vacib səma cismidir. Ona görə də 4 müqəddəs ünsürə həsr olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və gecəylə gündüzün tam bərabərləşdiyi bu gün həm də Günəşə həsr olunurdu.

Bu gecə insanın Yaradana öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə yığışar, sözlə-sazla Tanrını mədh edərdilər. Bu dolayısı ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Novruz elmi, mifoloji, kosmoqonik biliklərə əsaslanır

Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Məhz bu gün astronomik təqvim ili başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi.

Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və Təbiətin şəninə keçirilən mükəmməl mahiyyətə malik mərasimləri reallaşdiran, bunu minillər boyu yaşadan bir xalqın övladı olmaqla fəxr etməyə dəyər.

Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasindan ibarət ola bilməz. Çünki, tarixi faktdır ki xalqımız ta qədimdən zəngin bilklərə və təktanrılı dini görüşlərə sahib olublar. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı öyrənəndə bu qənaətə gəlmək asan olur.

Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüşt dini ilə sıx bağlı olub və bu bağlılıq “Avesta”da da əks olub. Bu, həm də təbiətin və insanın yaranma bayramı, işığın-Ahuramazdanın qaranlığa- Əhrimənə qələbə bayramı və nəticədə günlərin (işığın) uzanması bayramıdır.

Novruz çərşənbələrinin mahiyyəti

Ulu babalarımız Novruz bayramında və onun 4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrının ən güclü maddi enerjisı saydıqları Odun vasitəsilə Tanrıya Onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. (Bu sətirlərin müəllifinin bayramın bu əsas elementi- Odun vasitəsilə Tanrıya qansız qurban mərasimi ilə bağlı 20 il əvvəl Tovuzda səhnələşdirərək çəkdiyi qısametrajlı televiziya filminə buradan baxa bilərsiniz-

https://www.youtube.com/watch?v=H54k30G8WiE

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində soyuq su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Od çərşənbəsində insanlar tonqalın dövrəsinə toplaşaraq Tanrıya Od vasitəsilə təbii nemətlərdən qansız qurbanlar verər, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər.

Torpaq çərşənbəsində qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedilir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu qədim ənənəni Tovuz televiziyasında çalışarkən Düz Qırıqlı kəndində hazırladığmız süjetdə göstərmişik. Bu cür səhnələr bizə Dədə Qorqut dastanlarından da tanışdır.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim dini-fəlsəfi biliklərə əsasən, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Mənəviyyat və humanizm bayramı

Bayram günlərində imkansızlara yardım edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm sürərmiş. Novruzun öz spesifik süfrəsi var. Burada əsasən bitkilərdən hazırlanmış yeməklər süfrəyə verilir. Bu yeməklərin şahı təbii ki xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr, şirnilər, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır. Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir. Paxlava, şəkərbura, badambura, qoğal, qurabiyyə kimi şirniyyatlar təbiətin və qədim mifologiyamızın simvolları ilə bəzədilir. Məsələn, şəkərbura butanı ifadə edir.

Bahar bayramının atrubutları da zəngindir- “Atıl-Batıl”, “Kosa-kosa”, “Yeddiləvin”, “Səməni”, “Cıdır”, “Od qalama və üstündən atılma”, “Axar su başına getmə və su üstündən atılma”, “Evə təzə il suyu gətirmə”, “Qulaq falına çıxma” və s. kimi adətləri bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmaqdadır.

Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püsk aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər barışdırılır.

Uşaqlar evlərin qapısına torba atırlar, ev yiyəsi də onların bayram payını qoyur torbanın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhləşləşdirilməsidir.

30 il bəzi yurdlarımız Ermənistanın işğalı atında qalmışdı, uca dağ başında 2 tonqal qalayıb birləşdik və torpaqlarımızı azad etdik. İndi yurumuzun bütün kəndlərində, şəhərlərində Novruz tonqalları qalanır.

Sovet dövründə Novruz bayramı qadağan imiş?

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Belə ki, Azərbaycan Şura Cumhuriyyətinin rəhbəri Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz bayramı 1921-ci ildə dövlət səviyyəsində qeyd edilmiş və həmin günü qeyri iş günü elan edilmişdir.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilmişdir və bu tarixdən sonra rəsmi dövlət bayramları siyahısından cıxarılmışdır. Ermənilərin davamlı təbliğatı ilə bunu dini bayram kimi göstərirdilər, bu səbəbdən SSRİ öz ideologiyasının ziddinə gedib dini bayramı dövlət bayramı kimi rəsmiləşdirə bilməzdi. Lakin sonra, xalqımızın layiqli oğulları, xüsusən də Şıxəli Qurbanov bunun belə olmadığını sübut edə bildi və 1967-ci ildən Bahar bayramı yenidən dövlət səviyyəsində keçirildi.

Bu şənliyin bəzi kadrlarına aşağıdakı videodan baxa bilərsiniz;

https://www.youtube.com/watch?v=kGSf5DSxUIc&t=15s

Müəyyən müddət dövlət bayramı kimi keçirilməsə də, bu heç də Novruzun qadağan edilməsi mənasına gəlmir, bu bayram hər zaman xalq tərəfindən acıq bir şəkildə, hec kəsdən gizlədilmədən tam sərbəst surətdə qeyd edilmişdir, sadəcə bi müddət rəsmi dövlət bayramı olmayıb.

Bizim uşaq olduğumuz 70-80-ci illərdə bayrami indikindən daha zəngin keçirirdik- dəstə-dəstə uşaqlar küçələrdə məşəllərlə yürüş keçirir, yumurta döyüşü təşkil edir, tonqal ətrafında şeir və mahnılar oxuyardıq. Sonra valideynlərimizin verdiyi payları qonşulara aparırdıq, onların verdiyini də evə gətirərdik.

Novruz süfrəsi son dərəcə zəngin olardı, bu süfrədəki hər şeyin öz simvolik mənası, fəlsəfi mahiyyəti var idi. Onu da qeyd edək ki, əvvəllər Səmənini satmazdılar, hər kəs öz evində, öz əli ilə Səməni göyərdərdi. Çünki, Səməni evin, yurdun bolluq və bərəkət rəmzi sayılırdı. Təəssüf ki, getdikcə bayramın daha çox ənənələrini və rituallarını unuduruq və itiririk.

Bahar bayramı birmənalı olaraq, yaradılışın ad gününü, dünyanın yaranması və insanlara bəxş olunan nemətlərə görə Tanrıya minnətdarlığı özündə ehtiva edir. Ən qədim vətəni Azərbaycan olan Novruz bayramı elə bir zəngin xəzinədir ki bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri