Yaralananlar arasında qəlpə yarası alanlar var? Nazir
Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.
Axar.az xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.
“Onların hansı səbəbdən xəsarət aldıqlarını - qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik".
Baxış sayı:51
Mənbə:https://axar.az