Yaralının ürəyini küçədə əməliyyat etdi
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanda cərrah ürəyindən bıçaq yarası alan kişini küçədə əməliyyat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünən Budapeştdəki Milli Onkologiya İnstitutu məlumat yayıb.
Ötən bazar təcili tibbi yardım xidmətinə 30 yaşlı kişinin ürəyindən bıçaq yarası alması barədə xəbər daxil olub. Dərhal hadisə yerinə həkim briqadası göndərilib. Xəstəni müayinə edən həkimlər onun xəstəxanaya çatdırılana kimi öləcəyini nəzərə alaraq elə küçədəcə əməliyyat etmək qərarına gəliblər. Təcili tibbi yardımda könüllü kimi çalışan Milli Onkologiya İnstitutunun xirurqu Jolt Duboçki 7 dəqiqə ərzində yaralının ürəyində əməliyyat aparıb və vəziyyətini stabilləşdirə bilib.
Qeyd edək ki, daha sonra yaralı helikopterlə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 May 2026 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















