Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

YARAMAZ AXIR Kİ NƏYƏSƏ YARADI…

YARAMAZ AXIR Kİ NƏYƏSƏ YARADI…

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Əkbər QOŞALI

Qardaş Türkiyənin və bölgənin təhlükəsizlik gündəmini uzun illərdir məşğul edən PKK terror örgütünün qurucu-lideri Abdullah Öcalan, İmralı qazamatından verdiyi son açıqlama ilə örgütün buraxıldığını duyurdu. Bu açıqlama, onun siyasi həmfikirləri ilə əlaqəli şəkildə baş verdiyinə görə, yalnız bir tutuqlunun ifadəsi kimi deyil, daha geniş strateji gediş kimi qiymətləndirilməlidir.

Söhbət, əslində, nə kürd xalqına, nə də partiya qavrsmına aidiyyatı olmayan, türkəfobların əlində maşa olan bir adıyaman örgütdən getdiyi üçün birbaşa güvən doğmur, doğrusu. Lakin buraxma PKK özünü rəsmən buraxırsa, demək, onun arxasındakı anti-türk koalisiya da dağılıb yaxud təsirsiz hala gəlib. Bax, bu, çox önəmli məqamdır. PKK həqiqətən bitsə də, bitməyib də çaşıb, yeni adla pırtlayıb ortaya çıxmağa çalışsa da, “sərbəst radikal”lar terrora cəhd etsə də, ox yaydan çıxmış kimi görünür… Türk dövləti ilə, şanlı türk ordusu ilə şaka yapmaq çox axmaq bir qəflət yuxusu olardı və bütün Türk dünyasının, tərəqqipərvər insanlığın da dərin qəzəbinə səbəb olardı.

Örnəyi, 44 günlük müharibədən sonra haylar əvəzçıxma hoqqalarında bulundu da, sonu nə oldu? - İtki üstə itki verdilər və 2023-cü ilin payızında bütün Qarabağdan kökləri kəsildi və öz ayaqları ilə rədd olub getdilər. - Guya “ikinci erməni dövləti” quracaqdılar… Kürd xalqına aidiyyatı olmayan, bəlkə daha çox hayların çıxarlarına oynayan PKK da, “baş tutmamış dövlət” - İrəvan siyasi-hərbi rəhbərliyi kimi çox ağır bədəl ödər, çox ağır! Bu, bizim düşüncəmizdir amma gəlin yenə ehtimallara göz ataq:
Bəli,
Öcalanın açıqlamasını şübhə ilə qarşılamaq üçün yetərincə səbəb varmı? - Var! O, bundan öncə də müxtəlif vaxtlarda barış ismarıcları verib, lakin PKK-nın terror fəaliyyətləri dayanmayıb ki dayanmayıb. Eyni zamanda, örgütün Suriyada, İraqda və İranın bəzi bölgələrində mövcudluğu bəllidir. Buyurun, bax, bu səda YPG/PKK/PYD terör örgütünün Suriyadakı ələbaşı və (Abdullah Ağarın sözləri ilə desək) “Aponun mənəvi oğlu” Məzlum Abdidən gəlib:
“Öcalanın çağrısı PKK ilə ilgilidir və Suriyadakı qrupları qapsamır”. - Bəs Öcalanın açıqlamasına görə “bütün qruplar” silah buraxmalıydı, dəsvəhal nə oldu belə?..
Onsuz da YPG və PYD PKK-dan artıq ola bilməyəcək və açıqca görünür, çomağa sürtünürlər. Məzlumun mənəvi atasının açıqlaması qarşısındakı açıqlaması onun və çevrəsindəkilərin ən məzlum hala düşürülməsinə çağırış kimidir… Həncəri deyərlər, özü çağıran ağlamasın gərək.

PKK, sadəcə silahlı bir qrup deyil, həm də siyasi və iqtisadi şəbəkəyə malik “beynəlxalq aktor” paltarı geyinib. Bu səbəbdən, Öcalanın açıqlaması örgütün tamamilə bitdiyini yox, daha çox formasını dəyişdiyini göstərə bilər.
PKK uzun illərdir YPG və digər törəmə örgütlər üzərindən özünü yenidən formalaşdırmağa çalışır. Özəlliklə, Suriyada YPG adı altında fəaliyyət göstərərək, zaman-zaman uluslararası arenada daha məqbul bir mövqeyə sahib olmağa cəhd edib və bu cəhdə davam edir. Öcalanın açıqlaması, örgütün silahlı mübarizədən tamamilə əl çəkdiyini deyil, sadəcə yeni bir siyasi strategiyaya keçid etdiyini göstərə bilər. - Məzlumun öz adı doğrultusundakı açıqlaması da bu fikri doğrulamırmı?

Perspektiv:
Bölgədə güc dəyişiklikləri və PKK-nın “gələcəy”i

Son illərdə Türkiyə ordusunun sərt anti-terror əməliyyatları PKK-nın hərbi gücünü önəmli dərəcədə zəiflədib. Eyni zamanda, bölgədə siyasi dinamikalar dəyişməkdədir: İraqın quzeyindəki muxtar Kürdüstan hökuməti ilə PKK arasında gərginlik artıb, Suriya cəbhəsində isə ABŞ və Türkiyə arasında YPG məsələsində müəyyən razılaşmaların əldə olunduğu deyilə bilər. Bütün bunlar PKK-nın öncəki kimi açıq fəaliyyət göstərməsini çətinləşdirir.

Öcalanın bu açıqlaması, örgütün faktiki olaraq məğlubiyyətini etiraf edib, daha çox siyasi müstəviyə keçmək istədiyini də göstərə bilər. Lakin PKK-nın illərlə formalaşdırdığı siyasi və iqtisadi bazanın bir anda yox olacağını gözləmək gerçəkçi gözləntidirmi? Beləliklə, silahlı mübarizədən geri çəkilsələr belə, PKK-nın siyasi qolu daha aktiv şəkildə fəaliyyət göstərməyə çalışacaq.

Uzun sözün qısa sualı:
PKK həqiqətən bitdimi?

Öcalanın açıqlaması, terror örgütünün tamamilə sona çatdığını deyil, daha çox taktiki dəyişikliyə getdiyini göstərir. Bu, Türkiyə və bölgə üçün müsbət bir addım ola bilər; çünki silahlı fəaliyyətlərin azalması təhlükəsizlik baxımından önəmlidir. Lakin terrorizmin tamamilə bitməsi üçün təkcə Öcalanın açıqlaması yetərli deyil. Örgütün maliyyə və insan resurslarını tam kəsmək, beynəlxalq dəstəyini zəiflətmək və siyasi ideologiyasını sıfırlamaq lazımdır.

Bu mərhələdə, Türkiyə hökumətinin diqqətli və strateji hərəkət etməsinin vacib olduğunu qardaş ölkənin siyasi-hərbi rəhbərliyindən daha yaxşı kim bilər? Barış sürəci adı altında PKK-nın siyasi arenada möhkəmlənməsinə imkan vermək təhlükəli olduğunu da Ankara hamıdan dərin bilir. Buna görə də, rəsmi Ankara, həm hərbi, həm də diplomatik sahədə diqqətli strategiya izləməkdə haqlıdır.

Öcalanın bu açıqlaması tarixi bir məqam ola bilər, amma gerçəklikdə PKK-nın həqiqətən sona çatıb-çatmadığını zaman göstərəcək.

Təqvim ilinin ən qısa ayı bitir, ayların sultanı sayılan Ramazan başlayır. Gərək, hər şey yaxşı olsun!
Bu arada, Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə - Qarakörpü kəndindəki məcburi köçkün düşərgəsində paylanılıb…

TANRI TÜRKƏ YAR OLU!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Fevral 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri