Icma.az
close
up
RU
Yardımın qarşısı alınıb

Yardımın qarşısı alınıb

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İordaniyadan Qəzza zolağına humanitar yardım aparan maşınların keçidi əngəllənib.

"Cebheinfo.az" xəbər verir ki, bunu İsrailin “Maariv” qəzeti yazıb.  Məlumata görə, “Əmir 9” ekstremist qruplaşmasına mənsub onlarla israilli İordaniya ilə işğal olunmuş İordan çayının qərb sahili arasındakı Kral Hüseyn (Allenbi) körpüsü ilə Qəzzaya gedən humanitar yardım maşınlarının yolunu bağlayıb.

İsrail "Hayom" qəzeti Qəzzada əsir olan bəzi israilli ailələrin yardım maşınlarının Qəzzaya daxil olmasının qarşısını almaq üçün “Əmir 9” üzvləri ilə birləşdiyini bildirib.

Xəbərdə İsrail qruplaşmasının "Bu, yalnız başlanğıcdır. Yaxın günlərdə HƏMAS-a yardım marşrutlarını hədəf alan daha böyük etirazlar davam edəcək" sözlərini sitat gətirib.

İsrailin cənubundakı Nevivot qəsəbəsində yaşayan israillilərin başlatdığı bu təşəbbüs “Son qaçırılan şəxs qayıdana qədər yardım edilməyəcək” şüarı ilə davam edir, israilli məhbusların azadlığı  tələb olunur.

Qeyd edək ki, "Əmir 9" təşkilatı öz adını ehtiyat əsgərlərin İsrail ordusuna dərhal cəlb edilməsinə rəhbərlik edən Ehtiyat Xidməti Qanununun 9-cu əmrindən götürür.

İsrailli ekstremist "Əmir 9" HƏMAS-la mübarizə aparmaqdan əlavə, Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) "qanuni ləğvini" də istəyir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri