Icma.az
close
up
RU
Zelenski ABŞdan yardımın olmamasından şikayətlənib

Zelenski ABŞdan yardımın olmamasından şikayətlənib

Ukrayna ABŞ-dan Konqresin təsdiq etdiyi yardımın yalnız bir hissəsini alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Ukrayna lideri xatırladıb ki, ABŞ Kiyevə 175-177 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib, lakin bu məbləğin yalnız yarısı Ukraynaya çatıb.

Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri şərq cəbhəsində çətin vəziyyətə düşüb. O qeyd edib ki, döyüş bölgəsində belə vəziyyət müxtəlif səbəblərdən yaranıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin briqadalarının təlim keçmiş əsgərlərlə kifayət qədər ləng doldurulması və Qərb silahlarının tədarükü öz təsirini göstərdi.

seeBaxış sayı:43
embedMənbə:https://operativmm.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri