Icma.az
close
up
RU
Yardımlıda insana məxsus sümüklər aşkarlanıb FOTO

Yardımlıda insana məxsus sümüklər aşkarlanıb FOTO

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yardımlı rayonunda aparılan arxeoloji qazıntı zamanı gənc insana məxsus olan sümüklər aşkarlanıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elm işçisi, tarix üzrə professor və doktoru, dosent Anar Ağalarzadə məlumat verib.

O qeyd edib ki, əsasən Yardımlıda aparılan arxeoloji qazıntılar nəticəsində qədim dəfn ənənələri haqqında təsəvvür əldə etmək mümkündür:

"Yardımlı rayonunun yüksək dağlıq ərazilərində arxeoloji qazıntılar zamanı qədim dəfn adətlərinə dair yeni faktlar üzə çıxarılıb. Ögü kurqanlarında aparılan tədqiqatlar nəticəsində insan qalıqları, saxsı qab fraqmentləri və ritual xarakterli əşyalar aşkarlanıb. Tapıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların həyat tərzi və inancları barədə mühüm məlumat verəcəyi gözlənilir. 12 nəfərlik arxeoloji heyət Ögü kurqanında qazıntı işlərinə avqustun sonlarından başlayıb. Əkin sahələrinin arasında yerləşən abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdən sonra insan skeleti və saxsı qab fraqmentləri üzə çıxıb".

Professor bildirib ki, qazıntıların əsas məqsədi yüksək dağlıq ərazidə yaşamış qədim tayfaların dəfn mədəniyyətlərini öyrənmək, eyni zamanda, onların istehsal təsərrüfatını, sənətkarlıq və məişətini araşdırmaqdır:"İlkin tapıntılar kurqanın eramızdan əvvəl IX-X əsrlərdə də istifadə olunduğunu göstərir. Arxeoloqlar mərkəzi kameraya doğru irəlilədikcə dəfnlə bağlı daha qədim faktların çıxacağı istisna edilmir".

AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, antropoloq Dmitriy Kiriçenko deyib ki, ilkin nəticələrə görə, kurqanda aşkarlanan sümüklər gənc insana məxsusdur:

"Ola bilər, cavan qadın sümükləridir. Bunu qazıntılar başa çatdıqdan sonra tam dəqiqləşdirə biləcəyik. Sümükləri və kəlləni bərpa edəcəyik. Bu insanın dişində diş daşı və fiziki stressmarkerlər aşkarlanıb. Bu əlamətlər insanın dağ zonasında çox hərəkət etdiyini göstərir".

Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqan kimi də diqqət çəkir. Ətrafda bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb. Kurqanın örtüyündən tapılanlar isə yalnız insan qalıqları deyil. Orada tapılan daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tədqiqatçıların maraq dairəsindədir. Nəticələrin bölgənin Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə dair yeni elmi məlumatlar ortaya çıxaracağı gözlənilir.

Qeyd edək ki, ərazidə həcmindən və aşkar ediləcək artefaktların təyinatından asılı olaraq arxeoloji qazıntılar hələ bir müddət davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri