Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Yardımlıda ŞOK OLAY Başçının müavini bu işin harasındadır?

Yardımlıda ŞOK OLAY Başçının müavini bu işin harasındadır?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəmi 667 km²-lik ərazisi olan Yardımlı rayonunda son zamanlar baş verdiyi deyilən bəzi hadisələr və icra hakimiyyətinin məsul şəxslərinin qeyri-qanuni yollarla əldə etdikləri yüksək məbləğlər barəsində redaksiyamıza ardıcıl məlumatlar gəlməkdə davam edir. Xatırladaq ki, ötən həftə portalımızda elektron poçt ünvanımıza gələn məlumatları dərc etmişdik.

Yazıda qeyd olunurdu ki, Yardımlı rayon icra hakimiyyətində çalışan bəzi dövlət bəzi quluqçuları dövlətin işçilərə verdiyi əmək haqqından və mükafatdan rüşvət istəyir. Belə ki, il ərzində 3 dəfə dövlət tərəfindən ərazi numayəndəndəliklərinə rübdə 1 dəfə mükafat verilir. Mükafatın əmrini almaq üçün ilk öncə Yardımlı rayon İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərovu “görmək” lazım gəlir. Mükafatın buraxılması ilə bağlı Yardımlı rayon icra hakimiyyəti başçısı cənab Ayaz Əsgərovun verdiyi əmri hər ərazi nümayəndəliklərinə vermək üçün 20 manatdan pul yığılır. Yardımlı rayonu üzrə 30 ərazi nümayəndəlikləri var və hərəsindən 20 manatdan pul yığılır ki, bu da bir rübə 600 (altı yüz) manat edir. Mükafat da ildə 3 dəfə verilir deyə, bu da edir 1800 manat.

Bu məbləğin də hamısı gedir Namiq Vəli oğlu Səfərovun cibinə. Bundan əlavə Yardımlı rayon icra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov da hər ərazidən 10 manatdan pul yığır. O, ərazi işcilərinə tək-tək zəng edir ki, “mükafatı almısınız, gətirin rəbərinizin pulunu verin”. Bunu da 10 manatdan hesabladıqda, 30 ərazi üzrə 300, ildə isə 900 (doqquz yüz) manat edir. Bu da Şücaət Zabi oğlu İbişov cibinə gedir.

Sonra növbə gəlir Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Mirsəmid oğlu Səmədliyə. Yardımlı rayonunda İşqlandırma və Kommunal təsərrüfat idarəsinin işcilərini saxta yolla işdən azad edir və sonda deyirlər ki, “Siz ixtisara düşürsünüz, işdən çıxmalısınız”. Gözünü kommunal təsərrüfatdan aldığı məvacibə dikən, ailəsinə güclə bir tikə çörək pulu aparan vətəndaşı çağırırlar icra hakimiyyətinə birbaşa Miramil Səmədlinin otağına. Orada onu “sıxma – boğmaya salırlar” ki, hökmən işdən çıxmalısan. Vətəndaş da işini itirməmək üçün məcbur Miramil Səmədlinin qoyduğu 1500 (min beş yüz) manat “tas”ı verir. Güya bundan sonra işi həll olunur və adam işində qalır.

Bu oyun hər ay başqa-başqa işçilərin başlarına gətirilir. Hər ay 6 işçi belə aldadılaraq ümumilikdə onlardan (1500×6) 9000 (doqquz min) manat da Miramil Səmədli alır.

Qeyd edək ki, Miramil Səmədli əvəllər Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin

Yardımlı rayon şöbəsinin müavini olub və bu qurumdan da ünvanlı sosial yardımların düzəldilməsində saxtakarlığa yol verdiyi, həmçinin rüşvət aldığı üçün sabiq Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən işdən azad olundu.

Daha bir “pul yığan” başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Cəmaləddin qızı Məmmədovadır. O, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərazi nümayəndəliklərindən ildə 2 dəfə 185 manatdan qəzet pulu yığır. 30 ərazi nümayəndəliyi üzrə bu da edir 5550 (beş min beş yüz əlli) manat, ildə iki dəfə yığıldığını nəzərə alsaq, həmin rəqəmi ikiyə vurub, 11100 (on bir min yüz) rəqəmini alırıq.

Təbii ki, bütün bunlar barəsində rəsmi şəkildə sözügedən icra hakimiyyətinin də mövqeyini öyrənib dərc etmişdik. Heç şübhəsiz, qurum məlumatları təkzib edərək, həmin şəxsin əgər əlində faktları varsa məhkəməyə müraciət etməsini tövsiyyə etmişdi. Lakin, heç bir həftə keçməmiş, daha bir məlumat media gündəminə bomba kimi düşdü.

Yardımlı rayon Mirzə Fətəli Axundov adına 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinə təcavüz edildiyi və təcavüzə məruz qalan azyaşlı qızın atasının əqli qüsurlu olduğu üçün hadisənin ört-basdır edilməyə çalışıldığına dair məlumat əldə etdik. Amma, hüquq-mühafizə orqanları məsələdən xəbərdar olan kimi, təcavüzkar və onun dayağının gizlilik planlarını alt-üst etdi.

Qeyd edək ki, redaksiyamıza göndərilən növbəti məktubda, Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdinə təcavüz edən şəxsin, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi hümanitar məsələlər şöbəsinin müdiri, eyni zamanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Əfsanə Məmmədovanın qardaşı olduğu bildirilir.

Həmçinin, bildirilir ki, Əfsanə Məmmədovanın atası Cəmaləddin Məmmədov həmin 1 nömrəli orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Hadisə ilə bağlı artıq 4 nəfərin həbs edildiyi xəbəri yayılsa da onlardan yalnız anasının adı çəkilir və rəsmi xəbərdə uşağın atasının olmadığını, ögey atanın da təqsirli bilindiyi deyilir. Amma məsuliyyətə cəlb olunan 4 nəfərin arasında Əfsanə xanımın qardaşının olub-olmadığı barəsində tək bir cümlə belə qeyd olunmayıb. Üstəlik, gördüyün kimi təkcə ailə məsuliyyətə cəlb olunaraq diqqət mərkəzinə gətirilib, məktəb isə diqqətdən və məsuliyyətdən ustalıqla yayındırılıb. Halbuki, əsas rolda adı çəkilən şəxsin atası Cəmaləddin Məmmədov elə həmin məktəbdə məsul vəzifədə çalışır.

Yeyinti barədə redaksiyamıza verilən məlumatda dəqiq rəqəmlərin qeyd olunmasına rəğmən icra hakimiyyəti bunu təkzib edib, yaxasını kənara çəkdi. Bəs rayon ərazisində vəzifələrin ailə üzvləri, qohumlar arasında bölüşdürülməsinə necə haqq qazandırılacaq görəsən?

Bundan əlavə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi olduğu deyilən Əfsanə xanımın ailə üzvünün azyaşlıya qarşı bu iyrənc hadisədə adının hallanması nə dərəcədə qəbulediləndir?

Dogruxeber.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri