Icma.az
close
up
RU
Yarıtmaz daxili, dişsiz xarici siyasət Makron Fransası artıq güc mərkəzi deyil

Yarıtmaz daxili, dişsiz xarici siyasət Makron Fransası artıq güc mərkəzi deyil

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Fransanın "Opinion Way" təşkilatı tərəfindən aparılan rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisinin yalnız 23%-i Prezident Makrona etimad göstərir. Ölkə liderinə münasibətdə sərgilənən ümummilli biganəlik Fransa hökuməti və digər dövlət institutlarının da vətəndaşların gözündən düşməsi üçün əsas rolunu oynayır. Hökumətə dəstək də təqribən 20%-dən bir qədər yüksəkdir. Fransızlar hesab edirlər ki, "ölkənin demokratik sistemində fəxr ediləsi heç nə yoxdur". İnsanların cəmi 40%-i deputatlarının kimliyindən xəbərdardırlar. Bunun nəticəsi olaraq, əhalinin parlamentə rəğbət göstəricisi də müvafiqdir - cəmi 24%. Bu nəticələr Makron Fransasında olan ümumi ab-havanın inikasıdır ki, belə bir mənzərənin formalaşmasının əsas məsuliyyəti də məhz dövlətin birinci şəxsinin üzərinə düşür.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Yarıtmaz daxili, dişsiz xarici siyasət

Makronun biabırçı reytinqi onun tək daxili siyasəti ilə bağlı deyil. Bərbad sosial islahatlar, iqtisadi tənəzzül, bir-birilərini əvəzləyən fərasətsiz hökumətlər, ümumxalq apatiya orta statistik fransızı qıcıqlandıran problemlərin yalnız bir qismidir. Əgər əhalinin sosial və iqtisadi rifahının təmin edilməsinə yönəlmiş tədbirlər fiaskoya uğrayırsa və bu, vətəndaşda narazılıq yaradırsa, Parisin beynəlxalq aləmdəki iflası sıravi fransalının sanki qüruruna toxunur. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, nüvə dövləti olan Fransa bir-birinin ardınca sağalmaz diplomatik yaralar alır və əsrlərlə nəzarət etdiyi təsir dairələrindən məhrum olur. Bir sözlə, Makron Fransanın müasir tarixinə tək yarıtmaz dövlət idarəçiliyi ilə deyil, həm də dişsiz diplomatiyası və Parisin beynəlxalq nüfuzunu xərcləmiş prezident kimi daxil olaraq yaddaşlarda qalır.

Makronun dəyərsiz sözü

Ukrayna ətrafında cərəyan edən son hadisələr Makronun lider mövqelərdən çıxış etməyə çalışdığı Avropadakı nüfuz dairələrindən də məhrum olduğunu göstərir. ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşdən dərhal sonra Parisə deyil, Londona gedib Baş nazir Kir Starmerlə məsləhətləşmələr aparan Volodimir Zelenskinin bu qərarı ona dəlalət edir ki, Makronun sözü artıq Ukrayna problemində də xüsusi dəyərə malik deyil.

Makronun Avropanın çoxtərəfli platformaları və qitə səviyyəli seçkili orqanlarındakı təsir imkanlarından istifadə edib özünü lider statusunda təqdimat cəhdi irəli sürdüyü təşəbbüslərin fiaskoya uğraması ilə uğursuzluğa düçar olur. Ənənəvi təsir ünvanları olan Afrika, Okeaniya və Asiyanın bəzi bölgələrindən çəkilmək məcburiyyətində qalan Paris diqqətini postsovet məkanına yönəltsə də, burada da əliboş qalır. Ukrayna cəbhəsində qitə liderliyini Böyük Britaniya ələ alır, Parisin Cənubi Qafqaz təşəbbüsləri isə "beşik"də boğulur. Gürcüstandakı siyasi proseslərin kulisarxası "qəhrəman"ı olmağa çalışan Makronun ağzı burada da ovulur: iqtidar partiyası əhalinin əksəriyyətinin səslərini qazanır, Fransa maraqlarının keşiyində duran sabiq prezident Salome Zurabişvili isə Gürcüstanın siyasi səhnəsini tərk etmək məcburiyyətində qalır. Heç kimə sirr deyil ki, xanım Zurabişvilinin Fransa vətəndaşlığı var və o, hətta bu ölkənin XİN-nin əməkdaşı da olub.

İflasın əsas səbəbi - aşağılayıcı ritorika

Fransa nəzarət etdiyi əraziləri üzərində nüfuzunu itirməyə başlayan XXI əsrin ilk metropoliyasına çevrilir. Makron Fransası müasir dünyanın heç də yeganə neokolonial dövləti deyil. Ancaq onun yeni yüzillikdə müstəmləkələrini bir-bir itirən ilk müstəmləkəçi dövlət olma reallığı danılmaz faktdır. Parisin nüfuz dairələrini növbə ilə burada oyanmış milli özünüdərk hərəkatına təhvil verməsi ilk növbədə Makronun liberal-faşizm ruhlu, aşağılayıcı, eqoist ünsiyyət tərzi, sanki əsrlər öncə olduğu kimi, ona bağlı olan ərazi və ölkələrə yuxarıdan aşağı baxan, şəxsiyyəti alçaldan davranışı ilə əlaqədardır. Makron Fransası XXI əsr reallığını dərk etməkdə sanki çətinlik çəkir və özünün aqressiv-qəsbkar ritorikası ilə yüzillər boyu çapıb-taladığı coğrafiyalardan sıxışdırılıb birdəfəlik çıxarılması üçün zəmin yaradır.

Uğursuz kompensasiya cəhdləri

Afrikadakı iflasdan sonra Fransanın yeganə kompensasiya istiqamətləri Ukrayna və Ermənistan olsa da, hadisələrin gedişatı ona dəlalət edir ki, Makron burada da uğur əldə edə bilməyəcək. Ukrayna ilə mənzərə aydındır: Parisin dəyişə biləcəyi heç nə yoxdur, Fransa həm diplomatik masa, həm də döyüş meydanında çevriliş etməkdə gücsüzdür, bunun üçün Makronun nə alətləri var, nə də yetərincə resursu. Onun Vaşinqtona səfəri zamanı Tramp tərəfindən soyuq qəbul edilməsi, hətta protokola uyğun olaraq önünə çıxıb qarşılamaması Makronun ABŞ üçün də əhəmiyyətsiz lider olduğunu göstərir.

Cənubi Qafqazda Parisin İrəvanı birtərəfli dəstəkləmək siyasəti isə ümumiyyətlə, Fransanın bölgədəki mövcudluğunu heçə endirib. Halbuki Makronun aşkar ermənipərəst xəttinə qədər Fransanın Azərbaycanda yetərincə güclü olan iqtisadi dayaqları var idi. Makronun şəxsi kin və antipatiyası üzərində qurduğu dövlət siyasətinin fiaskosu Parisi nəinki iqtisadi rıçaqlardan edir, eyni zamanda, geosiyasi ambisiyaları üzərindən xətt çəkmiş olur. Özü də tək Fransanın deyil, həm də onun təmsil və liderlik etdiyi Avropa İttifaqı kimi iri və qlobal aktorun.

Makronun həm daxildə, həm də beynəlxalq çapdakı uğursuzluqları Fransanın qarşıdakı müddətdə, konkret olaraq hakimiyyətə yeni qüvvələrin gəlişi ilə mürəkkəb "restart" prosesindən keçmək məcburiyyətində qalma reallığından xəbər verir. Əgər Parisdəkilər özlərinin xarici siyasət konsepsiyasına yenidən, soyuq başla baxmaq istəyində olsalar, şübhəsiz ki, Makron dövrünün başlıca problemi olan tərəfkeşlik, şəxsi simpatiya kimi amillərdən imtina etməli olacaqlar. Əks halda V Respublikanın - müasir Fransanın "güclər liqası"na dönüşü daha böyük müddətə uzanacaq, Parisin ciddi aktor statusunu geri qaytarmaq cəhdləri uğursuz olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri