Icma.az
close
up
RU
Makron Fransası ciddi sınaqlar qarşısındadır Kaspinin təhlili

Makron Fransası ciddi sınaqlar qarşısındadır Kaspinin təhlili

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropanın bir sıra ölkələrində siyasi böhranlar 2025-ci ildə də davam edir. Xüsusən də Fransa və Almaniya ilə bağlı bədbin proqnozlar irəli sürülür, Avropa İttifaqının (Aİ) gələcəyi şübhə altına alınır. "Daxili eroziya blokun təməlini içəridən sarsıdır - populizm dalğası Avropada "birlik və tərəqqi eksperimenti"ni məhv edə bilər". Bu iddia ilə nüfuzlu "The Hill" qəzeti çıxış edib. Məqalədə qeyd edilib ki, xüsusilə Fransada vəziyyət gərginləşib. Emmanuel Makronun Fransasında mərkəzçi Fransua Bayrunun baş nazir təyin edilməsinə baxmayaraq, hakimiyyət hər iki cinahdan təhlükə altındadır. "Amansız ifrat sağçılar və qəzəbli ifrat solçular dövlətin praktiki idarə edilməsi ilə maraqlanmırlar. Onlar Makronun artıq kövrək gündəliyinə qarşı bir qoç kimi çıxış edirlər. Pensiya islahatları məqsədinə çatmayıb, büdcədə qarışıqlıq var və milləti kollektiv narahatlıq bürüyüb", - deyə "The Hill" yazıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Fransanın üz qarası - Makron

Əslində Fransanın problemləri Almaniya ilə müqayisədə daha kəskindir, üstəlik dərin şəxsi xarakter daşıyır. Tez-tez təkəbbürlülükdə və özündən razılıqda günahlandırılan Makron ictimai narazılığın hədəfinə çevrilib. O, 2017-ci ilin mayında hakimiyyətə gəldikdən sonra çox sayda mübahisənin mərkəzində olub və kobud səhvlərə yol verib. Bu hadisələr onun barəsində "ünsiyyətdə yöndəmsiz olan prezident" imicini formalaşdırıb. Fransa prezidenti Yelisey sarayında səfirlərin ənənəvi konfransından sonra da tənqidlərə məruz qalıb. Onun Afrikada Fransanın hərbi mövcudluğu ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb. Makron deyib ki, Afrika ölkələri uzun illər Parisin göstərdiyi xidmətlərə, Afrika sahili (Sahel) ölkələrinə göstərdiyi "dəstəyə" görə Fransaya təşəkkür etməyi unudublar. Prezident çıxışında fransız hərbi qüvvələrinin bəzi Afrika ölkələrindən qovulmasını fransız hərbi strukturunun yenidən formalaşması kimi təqdim edib. Afrika ölkələrinin bununla bağlı cavabı gecikməyib. Çad və Seneqal Makronun şərhini pisləyiblər, Fransa prezidentinin Afrikaya və afrikalılara qarşı hörmətsiz münasibəti əks etdirən çıxışından sonra dərin narahatlıqlarını bildiriblər. Seneqalın Baş naziri Usman Sonko Fransa əsgərlərinin ölkəsindən çıxarılmasının Paris və Dakar arasında danışıqların nəticəsi olması ilə bağlı fikirlərə etirazını ifadə edib. O, sosial şəbəkələrdə fransız əsgərlərinin ölkədən getməsinin guya Parisin təklifi olması, eləcə də Fransa ordusunun mövcudluğunun yenidən təşkili ilə əlaqədar iddianı tamamilə səhv adlandırıb.

Fransanın özündə də solçular Makronun nitqini kəskin tənqid edərək onu yersiz, avtoritar və təkəbbürlü adlandırıblar.

"Avropa İttifaqı bizi məhv edir"

Makron son çıxışında bir dəfə də olsun vətəndaşlarının Aİ-dən narazılığına toxunmayıb. Halbuki Fransanın Aİ-dən çıxması üçün keçirilmiş nümayişin iştirakçıları ittifaqın bayrağını cırıblar. Mitinq Parisin mərkəzində, Rumıniya səfirliyinin yaxınlığında, Sen-Dominik küçəsində keçirilib. "Vətənpərvərlər"in lideri Florian Filippo mitinqdə çıxış edərkən bildirib ki, 2025-ci il Fransanın, nəhayət, Aİ və NATO-dan çıxacağı il olmalıdır, çünki bu təşkilatlarla onun yolu bir deyil. Onun fikrincə, Aİ-yə üzvlük ittifaqa daxil olan bütün ölkələr üçün zərərlidir. Siyasətçi bu çərçivədə Rumıniyanı nümunə gətirərək qeyd edib ki, burada müstəqil namizəd Kelin Corceskunun qələbəsinə baxmayaraq, Konstitusiya Məhkəməsi dekabrın 6-da prezident seçkisinin nəticələrini ləğv edib. Filippo məhkəmənin qərarının Aİ-nin göstərişi ilə qəbul olunduğunu iddia edib. "Bu gün Aİ üzv ölkələrdə prezident seçkilərinin nəticələrini Rusiyanın müdaxiləsi bəhanəsi ilə ləğv edir. Onların həmişə bir bəhanəsi var. Eyni zamanda, ABŞ və Aİ-nin başqa dövlətlərin işlərinə real müdaxiləsini heç kim görmür", - deyə Filippo vurğulayıb. "Aİ bizi məhv edir, biz onun buraxılmasına nail olmalıyıq", - deyə siyasətçi əlavə edib.

Fransızların 60 faizindən çoxu onu istəmir

Bütün bu faktlar Makronun sosial dayaqlarına da ciddi zərbə vurmaqdadır. Fransızların 60%-dən çoxu onun istefasını dəstəkləyir. Bunu Fransanın "Le Figaro" qəzetinin sifarişi ilə "Odoxa-Backbone" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri də sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını istəyib, yalnız 28%-i onun vəzifədə qalmasını dəstəkləyib. Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib. Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq. Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.

Görünən odur ki, Makron Fransası çox ciddi sınaqlar qarşısındadır. Problemlər artıq pik həddə çatıb. Həm xarici siyasətdə, həm də daxildə.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri