Icma.az
close
up
RU
Yarıtmaz kadr siyasətinin qarşısını almaq lazımdır Təhsil eksperti

Yarıtmaz kadr siyasətinin qarşısını almaq lazımdır Təhsil eksperti

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təhsil sistemləşdirilmiş bilik, bacarıq, vərdişlərin mənimsənməsi və nəticəsidir. Sistemləşdirilmiş bilik, bacarıq, vərdişlər deyərkən hər bir pillə üzrə qəbul edilmiş dövlət standartları, dövlət standartlarına uyğun qəbul edilmiş təhsil proqramları nəzərdə tutulur. Həmin təhsil proqramları metodologiya üzərindən həyata keçirilir. Nəticə isə qiymətləndirmədir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov təhsil sistemində metodiki işin əhəmiyyətindən danışarkən bildirdi. Onun sözlərinə görə, metodika olmadan kurikulumları həyata keçirmək mümkün deyil:

"Ümumtəhsil məktəblərimizdə ən böyük problemlərdən biri metodiki işin təşkil olunmamasıdır. Metodiki iş sistemli formada təşkil olunmalıdır. Metodiki iş Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, regional təhsil idarələri və məktəbdə həyata keçirilir. Məktəblərdə hər bir fənn üzrə metod birləşmələr yaradılır. Metod birləşmə eyni fənn üzrə, ən azı 3 müəllimin birləşdiyi, birlikdə metodiki təcrübəsini paylaşdığı kollegial orqandır. Məktəbdə ümumilikdə metodiki işinə rəhbərlik etmək üçün tədris işləri üzrə direktor müavinin rəhbərliyi ilə metodiki şura yaradılır. Metodiki şuraya metod birləşmə rəhbərləri və məktəbin qabaqcıl müəllimləri daxil olur. Metod birləşmələrin fəaliyyəti metodiki şura tərəfindən idarə olunur və istiqamətləndirilir. Hər metod fənn birləşməsinin əsasnaməsi olmalıdır. Eynilə metodiki şuranın da əsasnaməsi olmalıdır. Hər bir təhsil yerli idarəetmə orqanı yanında metodiki kabinet, metodiki resurs mərkəzi və s. yaradılmalıdır. Bunlar ayrı-ayrı məktəblərdəki metodiki şura fəaliyyətini əlaqələndirməlidir. Respublika metodiki mərkəzi yaradılmalıdır. Əsasnaməsi olmalıdır. Regional metodiki mərkəzləri, metodiki resurs mərkəzlərinin fəaliyyətini istiqamətləndirməlidir. Metodiki şura məktəb müəllimlərinin ehtiyaclarını öyrənir, təhsil yerli idarəetmə orqanlarında olan metodiki mərkəzlərə ötürür. Təhsil yerli idarəetmə orqanlarında olan metodiki mərkəzlər isə məlumatları respublika metodiki mərkəzə ötürür. Sistem bu şəkildə qurulmalıdır"

Ekspert qeyd etdi ki, metodiki xidmət təşkil olunmadan biz kurikulumları həyata keçirə bilməyəcəyik:

"Təsəvvür edin, bir maşınımız var, təkəri yoxdur. Metodiki xidmət müəllimlərin metodiki inkişafına yönəlir. Müəllimin metodiki bacarığı olmadan onun nə pedaqoji, nə də psixoloji bacarığı olacaq. Təhsil sistemində insanlar təhsildən anlayışı olmayan insanlardır. Təhsilin idarə edilməsində 3 əsas prinsip var: Tədrisin təşkil olunması və idarəsi, metodiki işin təşkili və idarə olunması, tərbiyə işinin təşkili və idarə olunması əsas üç prinsiplərdir. Burada ardıcıllıq yox, paralellik var. Biz onsuz da bərbad vəziyyətdə olan metod kabinetlərini ləğv etdik. Məktəblərdə müasir metodist layihəsi yaratdıq".

E.Qafarovun sözlərinə görə, Azərbaycanda hal-hazırda olan ümumtəhsil məktəblərində metodiki birləşmələrin sayı 35-40 min arasındadır.

"Hər bir fənnin metodikası tamamilə ayrıdır. İbtidai sinif müəllimi 51 baldan yuxarı topladıqda onu müasir metodist təyin edirik. İbtidai sinif metodikası ilə, yuxarı sinif metodikası tamam ayrıdır. Müasir metodist adı ilə ibtidai sinif müəllimini kimya müəlliminə metodist təyin edirik. Qəbul olunmaz, düzgün olmayan addım yox, bu, absurd addımdır. Təhsildən zərrə anlayışı olan adam bu addımı atmamalıdır. Bu gün təhsil problemlərini həll etmək üçün təhsil sistemində təhsillə bağlı insanlar olmalıdır. Ümumtəhsil şöbəsinin müdiri dəniz limanının inzibati işçisi olub. Bu yarıtmaz kadr siyasətinin qarşısını almaq lazımdır. Metodiki iş olmadan təhsil həyata keçirmək mümkün deyil. Metodiki iş təhsilin həyata keçirilməsinin məğzidir. Müəllimin əsas bacarığı onun metodiki bacarıqlarıdır. Metodiki bacarıqlar ali təhsil müəssisəsində öyrədilir, ümumtəhsil məktəblərində işlədiyi zaman təhsil idarəetmə orqanları, yerli idarəetmə orqanları və mərkəzi idarəetmə orqanlarında sistemli şəkildə nəzərət olunur", - deyə ekspert vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri