Icma.az
close
up
RU
Çin dilinin öyrənilməsi üçün Çindən müəyyən sayda kadr gətirmək lazımdır Təhsil eksperti

Çin dilinin öyrənilməsi üçün Çindən müəyyən sayda kadr gətirmək lazımdır Təhsil eksperti

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Çin dilinin tədris olunması ilə bağlı müzakirə başlanıb, yəqin ki, yaxın dövrdə bu prosesin həyata keçəcəyini görəcəyik. Çin dilinin tədris olunması, əlbəttə ki, digər xarici dillər kimi, - rus dili, ingilis dili, ərəb və fars dilləri kimi - tədris ediriksə, düşünürəm ki, təhsil müəssisələrində Çin dilinin tədris olunmasına ehtiyac var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Azərbaycan məktəblərində Çin dilinin tədrisinə başlanılarsa, bu dili tədris edəcək kifayət qədər kadr olub-olmamasından danışdı.

"Bildiyimiz kimi, ölkəmizlə Çin arasında istər təhsil, istər iqtisadi, istərsə də siyasi, sosial və digər istiqamətlərdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq günü-gündən inkişaf edir. Çinlə demək olar ki, strateji tərəfdaşlıq qurulub və bu məqsədlə Azərbaycanda Çin dilinin tədris olunması və bu sahədə kadrların artırılmasına ehtiyac var.
Çinin də dünya üzrə iqtisadi gücünün hər keçən gün artması bizə mesaj verir ki, bu istiqamətdə kadr hazırlığı mütləq şəkildə həyata keçirilməlidir. Hazırda ali təhsil müəssisələrində Çin dili üzrə yalnız "Filologiya: Çin dili", "Çin dili və ədəbiyyatı", "Çin dili tərcümə", "Çin üzrə regionşünaslıq" ixtisasları mövcuddur", - deyə o, qeyd etdi.

E.Əfəndinin fikrincə, bu istiqamətdə kadrların hazırlanması üçün bünövrə lazımdır.

"Bunu da təbii ki, tam orta təhsil müəssisələrində öyrədilməsi vacibdir. Kadr hazırlığının həyata keçirilməsi və bizim buna hazır olub-olmamağımıza gəldikdə isə, dediyim kimi, filologiya üzrə Çin dili və Çin istiqamətində təhsil alan məzunlarımız prosesi başlanğıc səviyyədə idarə edə bilirlər.

Amma konkret Çin dilinin öyrənilməsi üçün mənim fikrimcə, Çindən müəyyən sayda kadr gətirmək, burada Çin dilinin tədrisini həyata keçirməklə, artıq özümüz kadrları tam formalaşdırana qədər onların bilik və bacarıqlarından istifadə etməliyik. Onların bilik və bacarıqları formalaşdırıldıqdan sonra biz öz kadrlarımızı əmək fəaliyyətinə cəlb etməliyik", - deyə təhsil eksperti qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri