Icma.az
close
up
RU
Yas mərasimlərinin keçirilməsi ilə bağlı VACİB AÇIQLAMA

Yas mərasimlərinin keçirilməsi ilə bağlı VACİB AÇIQLAMA

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər Azərbaycanda yas mərasimlərində artan xərclər və israfçılıq halları cəmiyyətdə ciddi narazılıq doğurur. Maddi imkanından asılı olmayaraq ailələrin sosial təzyiq altında qalması fonunda bu mərasimlər üçün dövlət tərəfindən standart sosial paketin tətbiqi məsələsi gündəmə gəlib. Maraqlıdır, bu sahədə inzibati tənzimləmə mümkündürmü, yoxsa problemin həlli cəmiyyətin öz daxilində formalaşacaq yeni davranış modellərindən asılıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu tip məsələlərin həlli dövlətin birbaşa müdaxiləsi ilə deyil, cəmiyyətdə formalaşan ənənələrlə mümkündür.

Onun sözlərinə görə, yas mərasimlərində israfçılığın qarşısını qanunla almaq olduqca çətindir:

“Bu, insanların davranış azadlıqlarına birbaşa təsir edən məsələdir. Qanunla bunu necə qadağan etmək olar? Qadağalar tətbiq edilərsə, mütləq şəkildə onlardan yan keçməyin yolları da tapılacaq”.

Natiq Cəfərli qeyd edib ki, əsas çıxış yolu cəmiyyətdə yeni sosial davranış modelinin formalaşdırılmasıdır:

“İsrafçılığın qarşısını almaq üçün ənənə yaranmalıdır. Məsələn, Türkiyədə bununla bağlı xüsusi qanun yoxdur, amma cəmiyyət daxilində formalaşmış bir ənənə mövcuddur”.

İqtisadçı vurğulayıb ki, bu prosesdə tanınmış şəxslərin, ictimai rəy formalaşdıran insanların rolu böyükdür:

“Cəmiyyətdə söz sahibi olan şəxslər bu mövzuda maarifləndirici fəaliyyət göstərməli, sosial çarxlar hazırlanmalı, ictimai müzakirələr aparılmalıdır. İnsanların davranışları təbii şəkildə dəyişməlidir”.

Onun fikrincə, yas mərasimləri ilə bağlı məsələlərin köklü həlli yalnız qadağalarla deyil, ictimai şüurun dəyişməsi və müsbət nümunələrin yaradılması yolu ilə mümkündür.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri